Musiqili teatrın türkiyəli qonaqları

 

 

Türkiyənin Kocaeli Universitetinin professoru Sema Göktaş və həyat yoldaşı - “Yeni Tiyatro” jurnalının təsisçisi və baş redaktoru Erbil Göktaş Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Türkiyəli qonaqlara teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, teatrın tarixi binasının ölkə başçısının müvafiq sərəncamı ilə yüksək səviyyədə təmir olunması  barədə məlumat verilib, onlar  sənət ocağındakı mövcud şəraitlə yaxından tanış olublar.

Repertuarla da maraqlanan SemaErbil Göktaşlar Musiqili teatrın səhnəsində Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” tamaşasına baxıblar. Bu səhnə əsərinin quruluşunu çox bəyənən qonaqlar növbəti səfərlərində də teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildiriblər.

 

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.7.