Argentinada TÜRKSOY-un yubiley konserti

 

 

Argentinanın paytaxtı Buenos-Ayresdəki Kirçner Mədəniyyət Mərkəzində TÜRKSOY-un 25 illik yubileyi münasibətiləSəslər nəğmələr. Türk mədəni iris Argentinadaadlı konsert proqramı fotosərgi keçirilib.

Tədbir TÜRKSOY-un dəstəyi, Azərbaycan, Qazaxıstan Türkiyə səfirliklərinin təşkilatçılığı ilə gerçəkləşib. Azərbaycanın Argentinadakı səfirliyindən bildiriblər ki, tədbirdə xarici diplomatic korpusun, Argentina parlamentinin nümayəndələri, Xarici İşlər Etiqad Nazirliyinin rəsmiləri iştirak edib.

Rəsmi hissədə Mediavə İctimai Məsələlər üzrə Argentina Federal Sisteminin direktoru Qustavo Mozzi mədəniyyətin xalqlararası təmasların gücləndirilməsində önəmli rolundan bəhs edib, zəngin türk mədəni irsinin Argentinada təqdim olunmasının əlamətdar hadisə olduğunu qeyd edib.

Ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov 2018-ci ildə TÜRKSOY-un 25 illik yubileyi ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Diplomat Azərbaycanın türk xalqlarının ortaq mədəniyyətinin təşviqində yaxından iştirak etdiyini deyib.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı təşkilatın tarixi fəaliyyəti istiqamətləri barədə məlumat verib. Türk xalqlarının ortaq keçmişi, tarixivə mədəniyyətinin tərənnümü olan konsert sərginin Argentina ictimaiyyəti arasında müsbət təəssürat oyadacağına ümidvar olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində Azərbaycan, Qazaxıstan Türkiyə sənətçilərinin ifasında musiqi nümunələri təqdim olunub. Azərbaycan musiqiçilərinin ifasındaMənim Azərbaycanım”, “Küçələrə susəpmişəm”, “Sarı gəlin”, “Səngəlməzoldunmahnıları Şahnazmuğamı səsləndirilib. Məşhur argentinalı bəstəkar Astor PiazzollanınAdiosNoninoəsərinin tarda ifası da maraqla qarşılanıb. Konsert sənətçilərin birgə ifa etdiyiQardaşlıq türküsüilə yekunlaşıb.

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.8.