Çin klassik musiqisinə həsr olunmuş konsert

 

 

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən (ADU) Konfutsi İnstitutunda pianoçu Xuan Veyveyin rəhbərliyi altında Çinin Quansi əyalətinin musiqi kollektivi bu ölkənin klassik musiqilərindən ibarət konsert proqramı təqdim edib.

ADU-dan bildirilib ki, konsertinGözəl Çinadlanan birinci hissəsində xanım Xuanın ifasında mahnılar səslənib. Sonra Çindən gələn qonaq, gənc soprano Lu Düncu çıxış edib.

KonsertinBöyük İpək Yoluadlanan ikinci hissəsində isə ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə ənənəvi Çin fleytasında Azərbaycan və Çin xalq mahnıları səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.5.