Fədakar sənətçi haqqında
düşüncələr
Sənətinin ustası olan insan çox ola bilər. Sənətkarlıq və insanlıq keyfiyyətləri bir-birini tamamlayıb dolğunlaşanda isə örnək götürüləcək şəxsiyyət – böyük sənətkar əbədiləşir. Qəhrəmanım – gözəl insani keyfiyyətləri ilə səciyyələnən, sevilərək, fərəh dolu kədərlə xatırlanan, XX əsrin 60-90-cı illərində seçdiyi yaradıcılıq yollarını ustalıqla uzlaşdırıb, fədakarlığı ilə rəğbət qazanmış, güclü bas-bariton səsli müğənni, rəssam, müəllim, aktyor Əli Haqverdiyevdir.
Tanınmış rəssamlar – Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində dünyaya göz açıb rənglərin əhatəsində böyüməsi onda iti müşahidə, yüksək zövq, geniş fantaziya məharəti, incəsənətə, musiqiyə sevgi isə incə duyum, həssas qəlb formalaşdırır. Uşaqlığının müharibə illərinə təsadüf etməsi, cəbhədə olan atasından uzaq, evin ilki kimi keçirdiyi çətin illər ona məsuliyyət, mübarizlik, mətinlik kimi keyfiyyətləri aşılayır. 1939-cu ildə Bakıda dünyaya göz açan Əlinin uşaqlığı İçərişəhərin dar küçələri arasında geniş erudisiyalı ziyalı ailələrinin və onların maarifpərvər yaradıcı atmosferində formalaşır...
Erkən yaşlarından nənəsi Sara xanımın himayəsində qalmasını, şəkil çəkməyə ilk maraq və sevgisinin də elə nənəsinin oyatmasını Əli öz xatirələrində qeyd edir. Bu sevgi onu 16 yaşında Rəssamlıq Texnikumuna gətirir. İlk rəsmləri jurnal və qəzetlərdə çap olunur. Uşaqlıq oyunlarına çevrilmiş kiçik “məhəllə konsertlərindən” sezilən çılğın sərbəstliyi, aktyorluq qabiliyyəti, səhnəyə olan “yanğısı” yetkinlik illərində səsi cilalanaraq bəmləşdikdən sonra Əli üçün yeni hüdudlar açır. Onun musiqiyə marağı da diqqətdən kənar qalmır. Gənc Əlinin musiqi istedadı, səmimi ifa tərzi və təbiətən güclü səsi tədbirlərin birində Musiqi Texnikumunun direktoru, bəstəkar Midhət Əhmədovu cəlb edir və onun dəstəyi ilə imtahansız, 1958-ci ildən Rəssamlıq Texnikumu ilə paralel Musiqi Texnikumunun vokal sinfinə də qəbul olunur. Müəllimi A.Milovanovun sayəsində vokal oxuma texnikasının əsasları ilə yanaşı, obraza yanaşma və aktyorluq vərdişlərinə yiyələnir. 1961-ci ildən, qəbul imtahanında Bülbülün müsbət rəyini qazanaraq daxil olduğu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal sinfində Ş.Məmmədova, sonra Q.A.Tartakovdan aldığı mükəmməl təhsili ilə Ə.Haqverdiyev professional ifaçı kimi təkmilləşir.
* * *
Həmsöhbətim, Q.A.Tartakovun vokal sinfində Ə.Haqverdiyevin ifasını müşayiət və eyni zamanda diqqətlə müşahidə etmiş, o illərdə konservatoriyada çalışmış pianoçu (hazırda Almaniyada yaşayan) Yelena Perevertaylo xoş xatirələrində onun rus musiqisinə diqqət və sevgisinin ilk andan hiss olunduğunu vurğulayır:
- Bilmirəm, bəlkə də bu onun güclü bas diapazonlu səsi ilə bağlı idi ki, eyni ilə yüksək bas diapazonlu F.Şalyapin yaradıcılığını uca tutur, daha çox onu dinləyirdi. Ya da müəllimi Tartakovun rus musiqisini dərin bilməsi və bu sevgini Əliyə ötürməsi ilə bağlı idi bu səbəb. Hər halda rus musiqisini çox gözəl tələffüz və hissiyyatla ifa edirdi. O, fortepiano, orkestr və eləcə də digər səsləri həssaslıqla eşidir, duyur və səsində heç bir xələl yaratmadan ansamblda öz mövqeyini möhkəm tuta bilirdi. Mən heç zaman onun səsinin qırılmasını, tonal dəyişməsini və ya qeyri səsləri eşidib müşahidə etməmişəm. Onunsəsisankiustalıqlaköklənmiş birmusiqialətiidi. Çoxmükəmməl, həssas, harmonikeşitmə qabiliyyətivardı. Bireşitmə ilə notsuz, düzgünintonasiyavə harmoniyalarla özünü fortepianodamüşayiətedə bilirdi. Əlihərzamanaxtarışdaidi. Hərxırdadetalı bilməyə, öyrənməyə səygöstərirdi. İfa üçüntələbolunanmaterialı tezbirzamanda öyrənibdüzgünmənimsəyirdi. Hərzamansənətinitəqdimetmək üçünimkanlararayırdı. Səmimipublika, sənətə yüksəkdəyərverəndinləyicilərqarşısında, mədəniyyətxadimlərinin, rəssamlarıntədbirlərində uğurlu çıxışları onudahadahəvəsvə məsuliyyətlə çalışmağacəlbedirdi. Onunrepertuarındabütünbayramlarvə xüsusitəqvimgünlərini əhatə edəcəkgeniş proqramı vardı. İfasındahərbimahnılargüclü səsi, qədd-qaməti, ifavə səhnə manerası ilə çoxmöhtəşəmtəqdimolunurdu. Müəllimi ənmüxtəlififa üslublarını, müxtəlif ölkə və dövrlərinobrazlarınıninterpretasiyasını onadəqiqliklə göstərmişdi. Elə busəbəbdəndə Əlininmusiqimaraqdairəsihüdudsuzidi.
Konservatoriyadaoxuyarkən, 1962-ciildə ozamanAzərbaycanOperavə BaletTeatrınındirektoruolmuş maestroNiyazi Ə.Haqverdiyevinsəsinieşitdikdənsonraonunteatraqəbulolmasınaqərarverir. Tezliklə buradakollektivin, xüsusəndə baş rejissor ŞəmsiBədəlbəylininetibarını qazanan Əlitəhsiliilə yanaşı, teatrdahəvəslə işə başlayaraqbütünyaradıcılığını burayabağlayır. Ü.Hacıbəylinin “Arşınmalalan” operettasındaSoltanbəypartiyası ilə başlayandebütündənsonrarepertuarı Azərbaycan, rusvə Avropaoperalarındanaparıcı və epizodikrollarlagenişlənir. “Leylivə Məcnun”daNofəl, “Koroğlu”daHəsənxan, M.Maqomayevin “Şah İsmayıl”ındaAslan şah, A.Borodinin “Knyaz İqor”undaQalitski, Ş.Qunonun “Faust”undaMefistofel, C.Puççininin “Toska”sındaSkarpia, C.Verdinin “Otello”sundaYaqo, “Riqoletto”daRiqoletto... Məhsuldarrepertuaramalikolsada, Əlininoperada ənböyükvə sevimlirollarındanbiriRiqolettoobrazı idi. O, professionalrəssamkimiobrazauyğun özünə qrimedirvə həttageyiminidə əsaslı şəkildə korrektə edirdi. OnunRiqolettosu əslmənadabəstəkarC.Verdivə əsərinmüəllifiV.Hüqonun (“Kral əylənir”) düşünübyaratdığı kimi - qozbel, axsaqvə başlanğıcdanartıqfaciəlifiquridi. Əlibütünlüklə burola özünü təslimedirdi. Butamaşadaonudəfələrlə izləmişəm... M.Maqomayevin “Şah İsmayıl” operası dabütündeyilənləritəsdiqləyir. Azərbaycanoperasənətiningözəlnümunəsiolanbutamaşabaritonsəslisolistlərinimkanlarınıngeniş təqdimatı üçün ənlayiqlivasitədir. Aslan şahobrazı ilə adı tarixə düşmüş A.Bünyadzadədənsonraonu özününmüəllimihesabetmiş Ə.Haqverdiyevinyanaşması dahatəkmil, dahadolğun, dahamöhtəşəmidi.
Onun solo konsert
repertuarı da çox rəngarəng və zəngin idi. Bütün sevilən və
tanınan, populyarlıq
qazanmış italyan mahnıları Əlinin ifasında çox gözəl eşidilir və zərif alınırdı. Hətta yaradıcılığının
yüksəliş illərində
o, tamaşaçıların tələbini nəzərə
alıb, zövqünü
tərbiyə etməkdən
irəli gələn vətənpərvər təbliğat
istəyi ilə bir çox mahnıları Azərbaycan
dilinə tərcümə
edərək ifa edirdi. Moskvada, Kiyevdə, Bakının müxtəlif konsert salonlarında özünün
rəsm əsərlərinin
nümayişi ilə
keçirilmiş solo konsertləri
çox böyük uğurla qarşılanırdı...
...Bir insan kimi
Əli özünə
qarşı tələbkar
və təvazökar
idi. Qətiyyən xudbin, özündənrazılıq
əlamətləri yox
idi onda. Bir çox teatr artistlərinə, müğənnilərə
xas olan başqalarını müzakirə,
məzəmmət etmək
ona yad idi.
Şöhrətpərəstlikdən uzaq olduğundan,
zəhmətinin müqabilində
qazanc güdmədiyindən
böyük insanlara xas sadəliyindən bəzən əziyyət
çəkirdi. Bu cür zəngin yaradıcılığa, repertuara
malik geniş erudisiyalı insan kiçik mənzildə yaşayırdı. Və bununla
kifayətlənirdi. Ancaq
yaratmaq, sənəti təbliğ edib sevdirmək, tamaşaçı
zövqünün formalaşması,
yüksəldilməsi üçün
yaşayırdı....
* * *
Həmsöhbətimə maraqlı xatirələr üçün
minnətdarlıq edib,
düşünürəm... Bəli, yüksək amallarla yaşayan Ə.Haqverdiyev, həqiqətən də,
pərdəarxası həyat
çətinliklərinə baxmayaraq, həyatsevər,
insansevər idi.
Teatrda fəaliyyəti, solo konsertləri,
televiziya və radioda müntəzəm çıxışları ilə
yanaşı, 1981-ci ildən
konservatoriyada vokal müəllimi kimi fəaliyyətə başlayır.
Amma yalnız bunlarla bitmirdi onun enerjili,
zəngin erudisiyalı
yaradıcılığı. Müşahidə etdiyi insanları
vaxt tapan kimi qələmi ilə ustalıqla qrafik obrazlara çevirirdi. “Bakı” qəzetinin səhifələrində tez-tez
bu dostluq şarjları dərc edilirdi. Maraq dairəsi rəssamlığı,
musiqi ilə tamamlanmırdı. Onun Azərbaycan
filmlərində yaratdığı
azsaylı epizodik obrazları da aktyorluq qabiliyyətini parlaq nümayiş etdirir. Elə “Dədə Qorqud”
filmindəki obrazla tamaşaçısında özünə
qarşı nifrət
oyada bilməsi də onun rolun
öhdəsindən layiqincə
gəldiyinə sübutdur.
Teatr Xadimləri və Rəssamlar ittifaqlarının üzvü
Əli Haqverdiyevin müxtəlif yönlü
məhsuldar yaradıcılığı
isə yalnız
1991-ci ildə qiymətləndirilir
və respublikanın Əməkdar artisti fəxri adına
layiq görülür.
Onun incəsənətimizin
inkişafında fədakar
xidmətini bacısı
– musiqişünas, professor, Bəstəkarlar İttifaqının
katibi Zemfira Qafarova “Əli Haqverdiyev” adlı kitabında çox geniş və maraqlı işıqlandırmışdır...
Görkəmli sənətkar Əli Haqverdiyevin 1992-ci ilin sentyabrında faciəvi şəkildə (dənizdə) dünyasını dəyişməsi, hələ nə qədər arzularını da özü ilə aparması çoxlarının kədərinə səbəb oldu. Saf məhəbbətlə çağlayan sənət fədaisi olan bu insan haqqında sevgi ilə danışmamaq qeyri-mümkündür. Çünki onun sənətkarlığı, yaradıcılığı elə sevgidən qaynaqlanan yüksək insani dəyərlərlə kamilləşmişdi. Kamil sənətkar isə heç zaman ölməz.
Sevinc İBRAHİMOVA
Musiqişünas
Mədəniyyət.- 2018.- 19
oktyabr.- S.