Cümhuriyyət dövründə ədəbiyyat
və mətbuat
Azərbaycan Dillər Universitetində (ADU) Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cümhuriyyət ili” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlərin keçirilməsindən danışıb.
Əməkdar jurnalist Qərənfil Quliyeva Cümhuriyyət dövrünün mətbuatı barədə söz açıb. Bildirib ki, 1919-cu il oktyabrın 30-da “Mətbuat haqqında nizamnamə” qəbul olunub ki, bu, Azərbaycan mətbuatının fəaliyyətini tənzimləyən ilk hüquqi sənəd idi.
Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Nəcibə Bağırzadə, Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli, ADU-nun Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun mövzu ilə bağlı çıxışları dinlənilib.
ADU-nun rektoru,
akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatı
kafedrası və Azərbaycanşünaslıq elmi tədqiqat laboratoriyası tərəfindən
mütəmadi olaraq keçirilən belə
tədbirlərin əhəmiyyətini diqqətə
çatdırıb.
Mədəniyyət.- 2018.- 19
oktyabr.- S.4.