Polşada Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş forum

 

 

 

Polşanın paytaxtı Varşavada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Polşadakı Azərbaycanlılar Birliyinin üzvləri, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri və polyak gənclər əvvəlcə Varşavada Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri – general-leytenant Süleyman bəy Sulkeviçinpolkovnik Vəli bəy Yadigarın abidələrini ziyarət ediblər. Azərbaycan-Polşa münasibətlərinin rəmzinə çevrilən memorial önündə çıxış edən gənclər Polşa cəmiyyətinə sülhdostluq mesajları veriblər.

Sonra Cümhuriyyətin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Polşa münasibətləri, tarixi, mədəni və strateji tərəfdaşlıq əlaqələrində iki ölkə gənclərinin rolumövzusunda forum işə başlayıb.

Polşadakı Azərbaycanlılar Birliyinin sədri Cavid Zeynalov iki ölkə gənclərinin qarşılıqlı münasibətlərindən, diasporumuzun güclənməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Cümhuriyyətin 100 illiyinə həsr edilmiş ingilis dillində qısa film nümayiş etdirilib.

Forum öz işini müxtəlif panellərdə davam etdirib. Forumda Polşa Azərbaycan Evinin rəhbəri Sabrina Kovalçik, Azərbaycanın Varşavadakı səfirliyinin əməkdaşları və Ukrayna, Rumıniya, LatviyaLitvadan qonaqlar iştirak ediblər.

 

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.4.