Vokalçıların Maqomayev
adına beynəlxalq müsabiqəsi
Oktyabrın 19-20-də Moskvada vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsi keçiriləcək. Müsabiqə ərəfəsində Rusiyanın TASS agentliyində münsiflər heyətinin sədri Tamara Sinyavskayanın və üzvlərin iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Bildirilib ki, müsabiqədə 12 ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, İspaniya, Moldova, Koreya Respublikası, Monqolustandan 18 vokalçı iştirak edir. Münsiflər heyətinə SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, “Gelikon-opera” teatrının bədii rəhbəri Dmitri Bertman, Novosibirsk Opera və Balet Teatrının musiqi rəhbəri Dmitri Yurski və “İstedad və uğur” təhsil fondunun rəhbəri Hans-Yohim Fray, İtaliyadan opera müğənnisi Farina Franko, opera və estrada müğənnisi Alesandro Safino və başqaları daxildir.
Azərbaycanı müsabiqədə DövlətAkademikOperavə BaletTeatrınınsolisti, ƏməkdarartistAntonFerştandt (bariton) təmsiledəcək. O, MüslümMaqomayevinrepertuarından “Karmen” operasındanEskamilyonunkupletlərini, ElvisPreslinin “LoveMeTender” mahnısını, “Otello” operasındaYaqonunmonoloqunuvə “Ey, əzizanam, Azərbaycan” mahnısını ifaedəcək. A.Ferştandt 2004-cü ildə Bakı MusiqiAkademiyasını bitirib, 2007-ciildənAzərbaycanDövlətAkademikOperavə BaletTeatrınınsolistidir.
Buililkdəfə müsabiqəyə türkiyəlivokalçı, gəncsopranoAyşə Şənoğuldaqatılıb. Ayşə Şənoğul əslən İzmirdəndir, hazırda İtaliyadakı CüzeppeVerdiOperaTeatrında çalışır.
Müsabiqədə iştirakedən 18 vokalçıdan 10 nəfəribirinciturunnəticələrinə görə finala çıxabiləcəkvə MüslümMaqomayevadınamüsabiqəninlaureatı adı uğrundamübarizə aparacaq.
Müsabiqədə birinciyerinsahibi 25 mindollar, ikinciyerə layiqgörülənvokalçı 15 mindollar, üçüncü yeritutaniştirakçı isə 10 mindollarməbləğində mükafatalacaq.
Final konserti oktyabrın
20-də “Crocus city hall” konsert zalında təşkil olunacaq.
Xatırladaq ki,
vokalçıların M.Maqomayev adına
Beynəlxalq Müsabiqəsi 2010-cu ildən başlayaraq
iki ildən bir keçirilir.
Mədəniyyət.- 2018.- 19 oktyabr.-
S.5.