Müstəqillik Gününə həsr edilmiş tədbirlər

 

 

 

Azərbaycan Milli Kitabxanasında “18 oktyabr – Dövlət Müstəqilliyi Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxananın direktor müavini Ədibə İsmayılova Azərbaycanın müstəqillik tarixindən söz açıb. Bildirib ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Diqqətə çatdırılıb ki, Milli Kitabxana hər il Müstəqillik Günü ilə bağlı tədbirlər, kitab sərgisi keçirir.

Budəfəki sərgidə Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş 300-ə yaxın kitab, dövri mətbuat materialları nümayiş edilib.

* * *

Sumqayıtın Tarixi Muzeyində 18 oktyabr – Müstəqillik Gününə həsr edilmişYaşa-yaşa Azərbaycan” adlı tədbir keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Olya İslamova, muzeyin əməkdaşları Sevinc Əmirova, Sənurə Lazımova, Zülfiyyə Fətəliyeva, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təlimatçısı Bayram Cəfərli, 41 nömrəli məktəbin tarix müəllimi Samirə Məmmədova və başqa çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının 1991-ci ildən sonrakı müstəqillik tarixindən söhbət açıblar.

Şeir qiraəti üzrə şəhər müsabiqəsinin qalibləri – 4, 17 və 28 nömrəli orta məktəblərin şagirdlərinin söylədikləri şeirlər maraqla qarşılanıb.

* * *

Sabirabad rayon Mədəniyyət Mərkəzi və Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Muzeyin direktoru Ş.Əsgərova çıxış edərək bildirib ki, 1991-ci ilin 18 oktyabrı  Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 27 il öncə bu tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub, ölkəmiz müstəqilliyini bərpa edib. Mədəniyyət mərkəzinin direktoru M.Ağazadə və digər çıxışçılar müstəqillik tarixinə nəzər salıblar. Sonda mövzu ilə bağlı kitabdövri mətbuat sərgisinə baxış keçirilib.

* * *

Salyan rayon Mədəniyyət Mərkəzi “Murad” Əlillər İctimai Birliyi ilə birgə “Əbədi müstəqillik” adlı toplantı keçirib. Mərkəzin direktoru Lətif Zərbəliyev, 1 saylı şəhər klubunun müdiri Nuriyyə Quliyeva, 2 saylı şəhər klubunun müdiri Həqiqət Əsgərova və başqaları çıxış ediblər. Məktəblilər dövlət müstəqilliyinə həsr olunan şeirlər söyləyiblər. Tədbirdə ictimai birlik üzvlərinin rəsm sərgisi təqdim olunub.

* * *

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə S.Vurğun adına istirahət parkında Qazax rayon MKS tərəfindən Müstəqillik Gününə həsr olunmuş səyyar kitabxana xidməti təşkil edilib. Tədbirdə “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi”, “Ucalan bayraqlı Azərbaycanım”, “Ordum varsa, yurdum var”, “Aprel döyüşləri bizim şanlı qələbəmizdir”, “2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili” adlı stendlərdə kitablardövri mətbuat nümayiş olunub. Sərgi ilə tanış olanların bir qrupu kitabxanaya üzv yazılıb.

* * *

Xaçmaz rayon Mərkəzi kitabxanasının zalında “Dövlət müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir” adlı tədbir təşkil olunub. Tədbirdə MKS-nin Metodikabiblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov, 3 saylı məktəbin tarix müəllimi V.Qədimov çıxış ediblər. Sonda sənədli film nümayiş etdirilib.

* * *

Ağdaş rayon Mərkəzi kitabxanasında 1 saylı Gənclər kitabxanası ilə birgə tədbir keçirilib. MKS-nin direktoru Seyfəddin Feyzullayevin, kitabxanaçı Vüsalə Məmmədovanın mövzu ilə bağlı çıxışları dinlənilib. Müşfiq İsayev adına orta məktəbin 4-cü sinif şagirdləri Azərbaycanın müstəqilliyini tərənnüm edən şeirlər söyləyiblər.

* * *

Quba rayon MKS-nin Mərkəzi kitabxanasında da əlamətdar günlə bağlı tədbir təşkil edilib. MKS-nin direktor müavini Hüriyyə Sultanova, kitabxananın əməkdaşı Nazbəhər Əmiraslanova tədbirdə çıxış edib, sonda “Müstəqilliyimiz əbədidir” adlı sərgiyə baxış keçirilib.

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.6.