Yarıməsrlik sənət yolu

 

 

Mingəçevir teatrının yubileyi qeyd olundu

 

Oktyabrın 17-də Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Tədbirdən öncə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov, teatr ictimaiyyətinin nümayəndələri Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsini ziyarət etdilər. Abidə önünə tər çiçək dəstələri düzüldü.

Tədbir iştirakçıları daha sonra Mingəçevir Dövlət Dram Teatrının foyesində sənət ocağının fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxdılar.

Sonra teatrın tamaşa zalında yubiley mərasimi keçirildi. Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət, incəsənət sahəsinə göstərilən dövlət qayğısından danışdı. Nazir qeyd etdi ki, 2006-cı ildə teatr fəaliyyəti haqqında qanunun qəbul edilməsi, 2007-ci ildə ölkə başçısının Azərbaycan teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə dair sərəncam imzalaması, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının təsdiq edilməsi dövlətin bu sahəyə diqqətinin bariz nümunəsidir. Bildirildi ki, məhz bu mühüm sənədlərin qəbulu, dövlət proqramı bizə beynəlxalq miqyaslı tədbirlər keçirmək, teatr binalarını əsaslı təmir edib yenidən qurmaq imkanı yaradır. Bu proses təkcə paytaxt teatrlarını deyil, həm də bölgə teatrlarını əhatə edir.

Əbülfəs Qarayev Mingəçevir Dövlət Dram Teatrının fəaliyyətindən söz açaraq kollektivin əməyini yüksək qiymətləndirdi, teatrın 50 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin sərəncamını xatırlatdı: “Bu gün ölkəmizdə, mədəniyyətimizin digər sahələri kimi, teatr sənəti də inkişaf edir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Yubileyini qeyd etdiyimiz Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb. Sənət ocağı 1969-cu il martın 28-də Cəfər Cabbarlının “Almaz” əsərinin tamaşaya qoyulması ilə fəaliyyətə başlayıb. Bu illər ərzində yaradıcı kollektiv dünya və Azərbaycan dramaturgiyasından 300-ə yaxın  tamaşa hazırlayıb”.

Nazir vurğuladı ki, yarandığı gündən repertuarında milli klassikmüasir dramaturgiya nümunələrini əsas götürən Mingəçevir Dövlət Dram Teatrı Türkiyə, rusdünya dramaturgiyasına da müraciət edib. Mingəçevir teatrı Azərbaycanda və onun hüdudlarından kənarda fəal mədəniyyət ocağı kimi tanınır. Teatr respublikamızın əksər şəhər və rayonlarına, eləcə də Türkiyə, Gürcüstan, Rusiyaya qastrol səfərləri edib, respublika festivallarının iştirakçısı və qalibi olub.

Əbülfəs Qarayev daha sonra Mingəçevir Dövlət Dram Teatrının əməkdaşlarının mükafatlandırılması haqqında Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı sərəncamları oxudu. Həmçinin teatrın bir neçə əməkdaşına nazirliyin fəxri fərmanını təqdim etdi.

Nazir sonda bir daha teatrın kollektivini yubiley münasibətilə təbrik edərək hər kəsə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İlham İsmayılov yubiley gecəsində çıxış edərək teatrın şəhərin mədəni həyatında mühüm rolundan danışdı. Bildirdi ki, Azərbaycan teatrı böyük inkişaf yolu keçibbu inkişafda Mingəçevir Dram Teatrının da öz yeri var. O, teatrın yubileyinin qeyd olunmasına, teatrın əməkdaşlarına mükafatların verilməsinə görə Mingəçevir sakinləri adından Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi.

İlham İsmayılov teatrın bir neçə əməkdaşına İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim etdi.

Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov teatrın kollektivinə təbriklərini çatdırdı. Bildirdi ki, ənənələri olan Mingəçevir teatrı bu gün ölkə teatrları arasında öz dəst-xətti ilə seçilir.

Azərbaycan Teatr Xadimləri İttifaqı adından teatrın bir neçə əməkdaşına fəxri fərmanlar təqdim edildi.

Tədbirdə çıxış edən xalq artistləri Valeh Kərimov, Arif Quliyev, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov və başqaları təbriklərə qoşularaq yaradıcı kollektivə yeni uğurlar arzuladılar.

Sonra videoçarx vasitəsilə vaxtilə bu teatrda çalışmış və əbədiyyətə qovuşan aktyoraktrisalar xatırlandı.

Mərasim daha sonra konsert proqramı ilə davam etdi. Bədii hissədə Fikrət Əmirov adına Gəncə Dövlət FilarmoniyasınınGöygölDövlət Mahnı Rəqs Ansamblı milli rəqs nömrələri ilə çıxış etdi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Gəncə Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı digər kollektivlər kiçik səhnələrlə öz təbriklərini çatdırdılar.

Tədbir Mingəçevir Dövlət Dram Teatrının yubiley münasibətilə hazırladığı kiçik tamaşa ilə yekunlaşdı. Kollektivin çıxışları alqışlarla qarşılandı.

Qeyd edək ki, Mingəçevir Dram Teatrında ötən illərdəAlmaz” (C.Cabbarlı), “Hacı Qara” (M.F.Axundzadə), “Eşq intiqam”, “Laçın yuvası” (S.S.Axundov), “Həmyerlilər” (A.Məmmədov), “Fərhad Şirin”, “Vaqif” (S.Vurğun), “Yağışdan çıxdıq, yağmura düşdük” (N.Vəzirov), “Kəndçi qızı” (M.İbrahimov), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Qətl günü” (Y.Səmədoğlu), eləcə Ezop” (Q.Fiqeyredo), “Toros canavarı” (Ə.Nesin), “Müfəttiş”, “Evlənmə  (N.Qoqol), “Ayrılmaq anı  (M.Bayciyev) kimi əsərlər müvəffəqiyyətlə tamaşaya qoyulub, seyrçi rəğbətini qazanıb. Hüseyn Cavidin “Ana” əsərinin tamaşası isə 2004-cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqının qərarı ilə klassik dramaturgiyanın uğurlu səhnə təcəssümünə görəQızıl dərvişmükafatına layiq görülüb.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.- 2018.- 19 oktyabr.- S.3.