“Bir ömrün
iziylə”
Akademik Heydər Hüseynova
həsr olunmuş kitabın təqdimatı
Maqsud
İbrahimbəyovun Yaradıcılıq Mərkəzində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin professoru Fəridə Səfiyevanın “Bir
ömrün iziylə” kitabının təqdimatı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Kitab Azərbaycan sovet fəlsəfə tarixinin banisi, Azərbaycan SSR Elmlər Akademiyasının ilk vitse-prezidentlərindən biri akademik Heydər Hüseynovun həyat və yaradıcılığından bəhs edir.
Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru, kitabın elmi redaktoru İzzət Rüstəmov, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva və digər çıxışçılar nadir arxiv sənədləri, akademikin həmkarlarının, tələbələrinin, ailə üzvlərinin xatirələri əsasında yazılan kitabda bu günə qədər ictimaiyyətə məlum olmayan bir çox məqamlara aydınlıq gətirildiyini qeyd ediblər.
Bildirilib ki, 1935-1950-ci illərdə Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan alimin həyatını faciəli sonluğa gətirib çıxaran hadisələr və səbəblər nəşrdə ilk dəfə açıqlanır.
Kitabda, həmçinin Heydər
Hüseynovun biblioqrafiyası, şəxsi
arxivində olan sənədlərin
siyahısı, ailə fotoalbomu yer alıb.
Mədəniyyət.- 2018.- 19 oktyabr.-
S.2.