Yeni dünyayeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı”

 

 

Azərbaycan paytaxtı növbəti Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir

 

Prezident İlham Əliyev: “Bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir

Oktyabrın 25-26-da mədəniyyətlərarası sivilizasiyalararası dialoq üzrə qlobal platforma olanBakı Prosesiçərçivəsində növbəti beynəlxalq tədbir – VI Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək.

2008-ci ildə Bakıda Avropa, eləcə bir sıra İslam ölkələri mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülənBakı Prosesitəşəbbüsü Azərbaycanda tarixən mövcud olmuş mədəni müxtəliflik tolerantlığın inkişaf etdirilməsinə, dünyada yayılmasına dövlətimizin dəstəyinin bariz göstəricisidir.

2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan Prezidentinin Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışıBakı Prosesi”ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirdi. Bu ideya UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi 2011-ci ilin aprelində Bakıda ilk Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. 2013, 2015 2017-ci illərdə növbəti forumlar təşkil olundu.

Ötən on il ərzində ölkəmizdəBakı Prosesiçərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər layihələr gerçəkləşib, 2016-cı ildə Bakı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.

Ölkəmizdə keçirilən bu mötəbər tədbirlər sırasında Bakı Beynəlxalq Humanitar Forumunun xüsusi yeri var. Bu Forumun tarixi 2010-cu ildən başlanır, həmin il Bakıda təşkil edilən humanitar əməkdaşlıq üzrə Azərbaycan-Rusiya forumunda iki ölkənin prezidentlərinin təşəbbüsü ilə bu mövzuda beynəlxalq forumun keçirilməsi barədə qərar qəbul olunmuşdu.

I Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci ilin 10-11 oktyabrında gerçəkləşdi. 2012-ci ildə ikinci, 2013-cü ildə üçüncü, 2014-cü ildə dördüncü, 2016-cı ildə isə beşinci forum keçirildi.Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli sərəncamına əsasən Dünya Mədəniyyətlərarası Dialoq Forumu Bakı Beynəlxalq Humanitar Forumunun iki ildən bir keçirilməsi qərara alınıb. Hər iki tədbir üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.

Bakı Prosesi”nin qlobal platformaya çevrilməsi bu çərçivədə ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. BMT Baş Assambleyasının 72-ci sessiyasında (2017) qurumun baş katibininDünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın əməkdaşlığın təşviqiadlı məruzəsindəBakı Prosesi”ni xüsusi vurğulaması Azərbaycanın bu sahədə töhfələrinin, qazandığı beynəlxalq nüfuzun yüksək səviyyədə təsdiqidir.

Eyni zamanda Azərbaycanın bu istiqamətdə təşəbbüsləri dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm zəmindir.

“Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Biz çalışırıq çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu, həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur biz bu ənənələri yaşadırıq.

Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün bu, dövlət siyasətidir biz bu siyasəti bundan sonra da aparacağıq.

Biz indi sivilizasiyalararası dialoqdan danışırıq, ancaq reallıqda sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, indiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir”, - deyə Prezident İlham Əliyev 2016-cı il sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumda çıxışı zamanı bildirmişdi.

Beləliklə, Azərbaycan paytaxtı altıncı dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir.

VI Bakı Beynəlxalq Humanitar ForumuYeni dünyayeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı”  mövzusuna həsr olunub. Forumun təşkilatçıları və iştirakçıları olan dünya mədəni elitası nümayəndələrinin qarşıya qoyduqları əsas məqsəd təbiət, sosialhumanitar elmlər sahəsində gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədilə yeni humanitar gündəmin formalaşdırılmasıdır. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq.

Tarixin hər bir dönəmində bizləri yenikreativ yollarla düşünməyə, davranmağa və əməkdaşlıq etməyə sövq edən fərqli çağırışlar mövcud olub. Bu günün dünyası da bu mənada fərqli deyil. BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi” ifrat yoxsulluğun və aclığın aradan qaldırılması, iqlim dəyişikliyi ilə mübarizə, qeyri-bərabərliyin azaldılması, davamlı su təchizatı, enerji mənbələri və yeni sənaye sahələrinin təmin edilməsi də daxil olmaqla, dünyanın görməli olduğu işləri müəyyənləşdirib.

Qeyd edək ki, Forumda BMT baş katibinin müavinləri, UNESCO baş direktorunun müavini, İSESCO, İRSİKA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (BSEC), Beynəlxalq Türk Akademiyası (TWESCO), Parlamentlərarası Birlik (İPU), BMT-nin iqtisadisosial Şurası (ECOSOC) kimi təşkilatların rəhbərləri iştirak edəcək. Tədbirə həmçinin Rusiya, Slovakiyanın baş nazir müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliyaEstoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazirnazir müavinləri, 15 ölkədən millət vəkilləri, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, elm xadimləri, ekspertlər qatılacaq.

Forumun “Təhsil və elm: insan kapitalının inkişafı kontekstində”, “İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi”, “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi”, “Bakı Prosesiinsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri”, “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” və s. mövzularda plenarişçi sessiyalar, həmçinin tədbir çərçivəsində Dayanıqlı İnkişafa dair Bakı Konfransı keçiriləcək.

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.1-2.