Ənvər Məmmədxanlının
“Babək” romanı Türkiyədə çapdan
çıxıb
Mədəniyyət Nazirliyi tərəfindən 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi ilə əlaqədar Türkiyədə milli ədəbiyyat nümunələrimizin tərcüməsi, çapı və yayılması davam etdirilir.
Bu yaxınlarda layihə üzrə görkəmli yazıçı, kinodramaturq Ənvər Məmmədxanlının “Babək” romanı nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab türkiyəli oxuculara təqdim edilib.
Qeyd edək ki,
Ənvər Məmmədxanlı romanı sonadək tamamlaya bilməmişdi. Onun
vəfatından sonra Xalq
yazıçısı Anar həmin
romanı və Ə.Məmmədxanlının “Babək” kinossenarisini birləşdirib “Azərbaycan”
jurnalında çap etdirib.
Mədəniyyət.- 2018.- 24
oktyabr.- S.3.