Mədəniyyət naziri
Moskva Dövlət Sirkinin
direktoru ilə görüşüb
“Nikulinin Qızıl Sirki” böyük heyətlə
Bakı sakinləri ilə görüşə gəlir
Oktyabrın
23-də mədəniyyət naziri Əbülfəs Qarayev
Bakı Dövlət Sirkinin dəvəti ilə
paytaxtımızda qastrol səfərində olan Y.Nikulin
adına “Svetnoy bulvarda” Moskva Dövlət Sirkinin direktoru, Sirk
İncəsənəti Akademiyasının akademiki Maksim
Nikulini qəbul edib.
Qonağı səmimi qarşılayan nazir Rusiya və Azərbaycan arasında, mədəniyyətin bütün istiqamətlərində olduğu kimi, sirk sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirib ki, Bakı Dövlət Sirki ilə Rusiya sirk müəssisələri arasında əməkdaşlıq mövcuddur və hələ ötən əsrdən başlanan əlaqələr bu gün də uğurla davam etdirilir. Nazir həmçinin gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Maksim Nikulin səmimi qəbula görə nazirə təşəkkürünü bildirərək 50 ildən sonra yenidən Bakıya səfərindən məmnunluğunu ifadə edib. Qonaq şəhərin özünəməxsus gözəlliyi ilə bağlı təəssüratlarını bölüşüb. O, səfərinin məqsədini açıqlayaraq bildirib ki, Moskva Dövlət Sirki ilə Bakı Dövlət Sirki arasında uzunmüddətli əlaqələrin nəticəsi olaraq oktyabrın 27-dən Bakı Dövlət Sirkində yeni mövsümün açılışı münasibətilə dünyaca məşhur “Nikulinin Qızıl Sirki” böyük heyətlə Bakı sakinləri ilə görüşə gəlir.
Sonra qarşılıqlı layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadə də iştirak
edib.
Mədəniyyət.- 2018.- 24
oktyabr.- S.4.