Britaniya Azərbaycanla mədəni əməkdaşlığa
xüsusi önəm verir
Mədəniyyət naziri Əbülfəs Qarayev Britaniya Şurasının (British Council) Azərbaycan üzrə yeni təyin olunmuş direktoru Samr Şahla görüşüb.
Görüşdə qonaq Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanışlıqdan məmnunluq hissi keçirdiyini qeyd edib. Bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair bir çox prioritet istiqamətlər mövcuddur.
Görüşdə mədəniyyət sahəsi üzrə həyata keçirilmiş birgə layihələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Mədəni irsin qorunması, mədəniyyət sahəsində təhsil və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Dünya səviyyəli Britaniya
teatrlarının ən son və məşhur
tamaşalarının ölkəmizdə uğurla
səhnələşdirildiyi “Teatr HD”
layihəsi və əlilliyi olan şəxslərin
incəsənətdə iştirakının dəstəklənməsi
məqsədini daşıyan “Unlimited”
proqramı çərçivəsində əməkdaşlığın
davam etdirilməsi, həmçinin Mədəniyyət
Nazirliyi ilə Britaniya
Şurası arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasına dair
ilkin razılıq əldə olunub.
Mədəniyyət.- 2018.- 24
oktyabr.- S.4.