Müxtəlif ölkələrin fotoqrafları Bakıda bir araya gəliblər

 

 

Paytaxtdakı “Qalereya 1969” salonunda oktyabrın 19-dan 21-dək Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə fotosərgi keçirilib.

Ekspozisiyanın açılışında Qlobal Fotoqraflar Birliyinin (GPU) üzvü olan 7 ölkənin tanınmış fotoqrafları ilə görüş keçirilib. Sərgidə 50 dünya şöhrətli müəllifin fotoları təqdim edilib.

Qeyd edək ki, Azərbaycan 12 ölkədə nümayəndəliyi olan GPU-nun fəal üzvüdür. Qurumun idarə heyətinin növbəti toplantısı Bakıda təşkil olunub. Azərbaycan Fotoqraflar Birliyində keçirilən görüşdə GPU-nun Azərbaycan üzrə regional nümayəndəsinin təyinatı, Bakıda Fotoqrafiya festivalının keçirilməsi məsələsi də müzakirə edilib.

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.7.