Maqomayev adına müsabiqənin qalibləri məlum olub

 

 

 

Xəbər verdiyimiz kimi, oktyabrın 19-20-də Moskvada Vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsi keçirilib. Müsabiqədə 12 ölkədən 18 vokalçı iştirak edib. Münsiflər heyətinə SSRİ Xalq artisti Tamara Sinyavskaya, SSRİ Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, “Gelikon-opera” teatrının bədii rəhbəri Dmitri Bertman, Novosibirsk OperaBalet Teatrının musiqi rəhbəri Dmitri Yurski və başqaları daxil idi.

18 vokalçıdan 10 nəfəri birinci turun nəticələrinə görə finala çıxaraq müsabiqənin laureatı adı uğrunda mübarizə aparıb. Müsabiqənin şərtlərinə görə, kişi vokalçılar Maqomayevin operaestrada  repertuarından əsərlər, xanım iştirakçılar isə sənətkarın vaxtilə rol aldığı operalardan qadın partiyalarını ifa ediblər.

Moskvanın “Crocus City Hall” konsert salonunda müsabiqənin yekun mərhələsindən sonra qaliblər elan edilib.

Rusiyalı müğənni Elmira Karaxanova Vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsinin qalibi olub. Novokuznetsk şəhərindən olan vokalçı P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib, uşaq gənclər arasında bir sıra beynəlxalq müsabiqələrin qalibi laureatıdır.

Yarışmada ikinci yerə Koreya Respublikasının təmsilçisi Byon Min Gil, üçüncü yerə isə Ukrayna müğənnisi Ruslana Koval layiq görülüblər.

Ölkəmizi təmsil edən Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti, Əməkdar artist Anton Ferştandt yekun mərhələyə keçə bilməyib.

Vokalçıların M.Maqomayev adına Beynəlxalq Müsabiqəsi 2010-cu ildən başlayaraq (iki ildən bir) ali musiqi təhsili almış 20 yaşdan 35 yaşadək ifaçılar arasında keçirilir. Müsabiqədə birinci yerin mükafatı 25 min dollar, ikinci üçüncü yerlərin mükafatı isə 15 10 min dollar məbləğindədir.

 

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.7.