BXA-nın tələbələri bilik yarışında iştirak
ediblər
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı V ümumrespublika bilik yarışı keçirilib.
Heydər Əliyev Mərkəzində gerçəkləşən yarışmada ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak ediblər. Tədbirin məqsədi ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin gənclər arasında təbliğidir.
Ümumilikdə 47 komandanın qatıldığı yarışmada Bakı Xoreoqrafiya Akademiyası da təmsil olunub. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və AMEA Tarix İnstitutunun nümayəndələri yer alıb.
Yarışmanın qalibi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası olub. BXA-nın tələbələrinə göstərdikləri fəallığa görə sertifikatlar təqdim olunub.
Mədəniyyət.- 2018.- 24 oktyabr.-
S.4.