Rəssamlarımızın əsərləri Luvr “Art Shopping” sərgisində

 

 

Oktyabrın 19-dan 21-dək Luvr muzeyinin Karusel salonunda 23-cü “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi təşkil olunub.

Art Shopping” sərgisində son illər azərbaycanlı rəssamların uğurla iştirakı ənənəyə çevrilib. Budəfəki sərgidə Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Ziba Əliyeva, Kəmalə Məhərrəmova, Leyla Əliyeva, Aydan İsmayılova, Nigar Əhmədzadə, Eldar Hacıyev və Mirayla Abdullayevanın əsərləri də nümayiş olunub.

Gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyinin Karusel sərgi salonunda sərgilənməsi artıq ənənəyə çevrilib. Ziyarətçilər onun tablolarını böyük maraqla seyr edirlər.

Sərgidə digər azərbaycanlı rəssamların əsərləri də mövzularına, milli motivlərinə və rəng seçiminə görə ziyarətçiləri heyran edib. Tanınmış rəssam Əsmər Nərimanbəyova və Ziba Əliyevanın stendlərində nümayiş olunan gənc rəssamlarımızın əsərləri də maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2018.- 24 oktyabr.- S.8.