Lənkəran teatrı beynəlxalq festivala dəvət alıb
Lənkəran Dövlət Dram Teatrı
beynəlxalq teatr festivalına dəvət olunub. Teatrın direktoru Tofiq
Heydərovun sözlərinə
görə, kollektiv yazıçı-publisist Əjdər
Olun “Biri vardı, biri yox” pyesi əsasında
hazırlanmış “Meşəbəyinin
dostları” musiqili nağıl-tamaşası ilə
İranın Həmədan
şəhərində keçiriləcək
25-ci Beynəlxalq Uşaq
və Gənclər Teatr Festivalında çıxış edəcək.
Dünyanın bir sıra teatr
truppalarının qatılacağı
festival noyabrın 20-dən 26-dək davam edəcək.
Tamaşanın quruluşçu rejissoru
Emil Əskərov, quruluşçu
rəssamı Tərlan
Sadıqov, musiqi tərtibatçısı Fərahim
Fərəcovdur. Rolları Allahverən Babayev, Emin Fərzullayev, Səyad Əliyev, Rauf Zeynalov, Ülkər Quliyeva və Nizami Qurbanov ifa edirlər.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.5.