Sənətdə “İz”
qoyanlar
Oktyabrın 30-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xalq rəssamı Rafiq Mehdiyevin (1933-2009) 85 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
“İz” layihəsi çərçivəsində reallaşacaq tədbirdə rəssamın həyatı, sənət fəaliyyəti haqqında məlumat veriləcək. Tədbirdə Rafiq Mehdiyevin bir sıra əsərlərinin təqdimatının keçirilməsi də nəzərdə tutulur.
Kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərən rəssam C.Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqallı uşaq”, “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy” əsərlərinə illüstrasiyalar çəkib. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə onun rus yazıçısı N.Poqodinin “Silahlı adam” və M.İbrahimovun “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilib.
Onun monotipiya
texnikasında yaratdığı əsərlər içərisində
“Kənd”, “Uşaqlar”, “Bazarda”,
“Bir cərgə”, “Son
gün”, “Yağışdan sonra” tablolarını qeyd
etmək olar. Rəssam maraqlı rəngkarlıq
nümunələri də yaradıb. “Üzüm
yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları bu
qəbildəndir.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.7.