Musiqili teatrın solisti beynəlxalq festivalda iştirak edib
Qazaxıstanın Karaqanda şəhərində
XX Beynəlxalq “Ìóçûêàëüíàÿ Ñàðûàðêà” musiqi festivalı keçirilib. Müxtəlif üslub və janrlarda musiqilərin səsləndirildiyi festivalda
Qazaxıstan, Türkiyə,
Rusiya, Qırğızıstan,
Özbəkistan, Tatarıstan
və Azərbaycan sənətçiləri iştirak
edib. Ölkəmizi festivalda Azərbaycan
Dövlət Musiqili Teatrının solisti Eleonora Mustafayeva təmsil edib.
Teatrdan bildirilib
ki, həmyerlimiz Qırğızıstanın Xalq
artisti Baktıbek İbıkeev və Rusiyanın Xalq artisti Aleksandr Tsiqankovla eyni səhnəni bölüşüb.
E.Mustafayeva Tattimbeta adına Qazaxıstanın
Dövlət Xalq Çalğı Alətləri
Orkestrinin müşayiəti
altında Ü.Hacıbəylinin
“Arşın mal alan” operettasından Gülçöhrənin
ariyasını, C.Puççininin
“Canni Skikki” operasından Laurettanın
ariyasını ifa edib.
İstedadlı aktrisa Musiqili teatrın səhnəsində
“Mən dəyərəm
min cavana” (Gülnaz),
“Talelər qovuşanda”
(Nərgiz) və digər tamaşalarda rol alıb.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.7.