“Romantizmin
poetikası” və “Hüseyn Cavid”
AMEA-nın müxbir
üzvü, Folklor İnstitutunun şöbə
müdiri, Əməkdar
elm xadimi Kamran Əliyevin 10 cildlik əsərlərinin II və
III cildləri çapdan
çıxıb.
“Romantizmin poetikası”
adlı cildin elmi redaktoru və ön söz müəllifi akademik Teymur Kərimli, tərtib edəni filologiya üzrə fəlsəfə
doktoru, dosent Fidan Qasımovadır. Kitabda alimin
“Azərbaycan romantizminin
poetikası” monoqrafiyası
yer alıb.
“Hüseyn
Cavid” adlanan III cildin elmi redaktoru
və ön söz müəllifi filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı,
tərtibçisi filologiya
üzrə fəlsəfə
doktoru Aytac Abbasovadır. Kitabda böyük
şair və dramaturq Hüseyn Cavidin həyatı və şəxsiyyəti,
poeziyası və dramaturgiyası, folklorla əlaqəsi və sənətkarlığı araşdırılıb.
S.QALİBOĞLU
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.5.