Azərbaycan musiqisi Kuirinale Sarayını fəth edir

 

 

 

İtaliyanınİl MessaggeroqəzetindəAzərbaycan musiqisi Kuirinale Sarayının Kapella Paolina zalını fəth edirbaşlıqlı məqalə dərc olunub.

Yazıda İtaliya Prezidentinin Kuirinale Sarayında keçirilən Rai Radio 3” ictimai radiosu ilə canlı yayımlanan məşhurKuirinale Konsertləri”nin (Concerti del Quirinale) Azərbaycan musiqilərindən ibarət proqramına həsr olunmuş 14 oktyabr tarixli buraxılışından danışılır.

Məqalədə bildirilir ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş bu konsert bu ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana, sentyabr ayında isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya səfərlərinin ardınca, Heydər Əliyev Fondu, UNESCO üzrə Azərbaycanın Milli Komissiyası Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Yazıda iki hissədən ibarət olan konsert proqramındaBelcan-Tar” ansamblının Qarabağmuğam qrupunun ifasında Azərbaycanın klassik musiqi nümunələri, muğamları xalq mahnılarının səsləndiyi, dinləyicilərin  musiqi sədaları altında İtaliyadan Azərbaycana, muğamın beşiyi Qarabağa səyahət etdikləri vurğulanır.

Yazıda, həmçinin Şuşa şəhərindən bəhs edilərək bildirilir ki, “Şuşa Azərbaycan musiqi sənətinin mərkəzi hesab olunur müsəlman Şərqində operanın banisi olan Üzeyir Hacıbəyli bu şəhərdə böyüyüb”.

Məqalədə konsertin repertuarı barədə də məlumat verilir, proqramda muğamxalq musiqilərimizlə yanaşı, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Arazbarı”, Fərhad Bədəlbəylinin “Şuşa”, Həsən RzayevinÇahargah rapsodiyası”, Qara QarayevinYeddi gözəl” baletindən valsın səsləndirildiyi qeyd olunur. Həmçinin bu il 100 illiyi qeyd olunan Qara QarayevinYeddi gözəl” baletinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin eyniadlı poeması əsasında yazıldığı diqqətə çatdırılır.

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.8.