Amerikalı fotoqrafın obyektivindən paytaxtımızın küçələri

 

 

 

Nur Art” qalereyasında ABŞ-da yaşayan fotoqraf Andrey Qlazkovun fərdi sərgisi keçirilib. Fotoqraf sərgidə “street foto” (küçə fotoqrafiyası) janrında Bakıya və bakılılara münasibətini təqdim edib.

Əsasən fotoportret və “street foto” janrlarında çalışan A.Qlazkovun qeyri-adi fokusda çəkdiyi şəkillərdə həyatın müxtəlif anları əks olunub. Onun ayrı-ayrı beynəlxalq müsabiqələrdə dəfələrlə qalib gələn işləri sosial şəbəkələrdə də çox populyardır.

Müəllif yeni-yeni obrazlar axtarışında bir çox ölkələri gəzib-dolaşan səyyah-fotoqrafdır. Yayın əvvəlində ölkəmizə gələn fotoqraf Abşeronda olub. Burada fotoobyektivin yaddaşına köçürdüyü nümunələri hazırda üzərində çalışdığı “Qafqaz” adlı layihəyə daxil etmək niyyətindədir. Onun Bakıda çəkdiyi fotolardan biri artıq nüfuzluLeica” qalereyasının şəbəkəsində öz yerini alıb.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.8.