“İnsanla qalacaq mahnı”
Qazaxıstanın paytaxtı Astanada Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin və məşhur müğənni, SSRİ Xalq artisti İosif Kobzonun yaradıcılığına həsr olunan “İnsanla qalacaq mahnı” adlı konsert təqdim edilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyinin də dəstəyi ilə təşkil edilən konsertdə Müslüm Maqomayevin həyat və yaradıcılığından, parlaq və təkrarolunmaz konsertlərindən söz açılıb.
Bildirilib ki, Müslüm Maqomayev ötən əsrin 70-ci illərində sovet estradasının yeni simasının formalaşmasında böyük rol oynayıb. Onun repertuarında 600-dən çox əsər yer tutur. Qeyd olunub ki, Qazaxıstanın tanınmış vokalçıları onun yaradıcılığına tez-tez müraciət edərək mahnılarını sevə-sevə oxuyurlar.
Konsertdə “Astana” estrada simfonik orkestrinin müşayiəti ilə Müslüm Maqomayev və
İosif Kobzonun
repertuarından mahnılar ifa olunub. Qazaxıstanın əməkdar artistləri
Serik Tokpanov, Talqat Musabayev, Azamat Jeltırqozov, beynəlxalq müsabiqələrin
laureatları Alibek İzbasarov
və Kazbek Kurmanov Müslüm Maqomayevin “Elegiya”, “Sənə minnətdaram”, “Melodiya”, “Toy”, “Mavi əbədiyyət” və başqa
mahnılarını oxuyublar.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.4.