“Son iclasfilmi Ankarada nümayiş olunub

 

 

Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi şərəfinə lentə alınmış “Son iclassənədli-bədii filminin Ankara şəhərində təqdimatı keçirilib. Gecəyə rəsmilər, türkiyəli millət vəkilləri, elm mədəniyyət xadimləri, QHT media təmsilçiləri qatılıblar.

Tədbirdə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim Cümhuriyyətin tarixi barədə danışıb, bugünkü müstəqil Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olduğunu deyib.

Filmin çəkilməsinə maliyyə dəstəyi vermiş “BP-Türkiyəşirkətinin rəhbəri Mick Stup şirkətin reallaşdırdığı mədəniyyət layihələrindən bəhs edib, filmin tarixi əhəmiyyətini vurğulayıb.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Osmanlı dövləti ilə Cümhuriyyətin münasibətlərinə, eləcə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına toxunub. O, 2018-ci ilin AzərbaycandaCümhuriyyət ilielan edilməsini müsəlman Şərqində ilk parlament respublikasının qurucularına böyük ehtiram kimi dəyərləndirib.

“Son iclasfilminin ssenari müəllifi Müsəllim Həsənov ekran əsərinin ərsəyə gəlməsindən bəhs edib. Diqqətə çatdırıb ki, hərbi işğal nəticəsində süqut edən Cümhuriyyətə düşmən münasibət sovet dövründə davam edib, Cümhuriyyətin ideyaları barədə yanlış məlumatlar yayılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra bu tarix dövlətçilik salnaməmizdə layiqli yerini tutub.

Çıxışçılar filmin ərsəyə gətirilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna minnətdarlıqlarını ifadə ediblər.

Sonra film nümayiş olunub.

Qeyd edək ki, Arzu Əliyevanın baş prodüseri olduğuSon iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salır və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.7.