Yazılsın tarixə qəhrəman adın

 

 

 

İkinci Dünya müharibəsinin (1939-1945) ikinci ilinin tamamına az qalmış Hitler Almaniyası SSRİ üzərinə hücuma başlayanda (1941) Azərbaycanın da övladları faşizmə qarşı mübarizəyə qoşuldular. Onlardan biri də əfsanəvi partizan, Azərbaycan Prezidentinin sərəncamı ilə bu il 100 illiyi qeyd olunan Mehdi Hüseynzadə idi. Onun haqqında söhbət düşəndə əksəriyyət əsl adı və soyadını yox, faşistləri lərzəyə salanMixaylo” ləqəbini daha çox işlədir...

Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olub. Atasını erkən itirən Mehdi anasının və bibisinin himayəsində böyüyür. 77 saylı məktəbdə təhsil alır. Burada onun ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə təhsilini başa vurub Bakı Rəssamlıq Texnikumuna daxil olur, gələcəyin tanınmış fırça ustaları və sənətşünaslarla birgə oxuyur. 1936-cı ildə Leninqrad (Sankt-Peterburq) İncəsənət Akademiyasında təhsilini davam etdirmək istəsə də, buna nail ola bilmir. Nəhayət, Leninqrad Xarici Dillər İnstitutunun Fransız dili fakültəsinə daxil olur. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülür. Onu bu instituta gətirən isə Azərbaycan poeziyasına olan sevgisi idi.

 

Mənim vəzifəm vətəni müdafiə etməkdir

 

1941-ci ilin 22 iyun tarixi. Mehdi ailəsi müharibə xəbərini Şüvəlandakı bağlarında eşidir. Bibisi onu bağda qalmağa inandırmağa çalışır. Mehdi isə onu qucaqlayaraq deyir: “Mən bağda qala bilmərəm. Birdən mənə hərbi komissarlıqdan çağırış gələr mən isə evdə olmaram. Mənim vəzifəm vətəni müdafiə etməkdir”. O, hərbi çağırışı gözləmək üçün şəhərə gedir. Avqustun 9-da artıq hərbi hissədə idi...

Minaatanlar taqımının komandiri Mehdi Hüseynzadə Stalinqraddan kiçik bacısı Hürriyyət Əzizbəyovaya yazırdı: “Mən sizə söz verirəm ki, son damla qanıma qədər vuruşacağam. Sizi əmin edirəm ki, mən qəhrəmancasına döyüşəcəyəm, sizin başınızı ucaldacağam, ölsəm qəhrəmancasına öləcəyəm. Mənim barəmdə eşidərsiniz, hələlik bu qədər. Bu mənim sizə sonuncu məktubumdur”.

Müharibə qurtardıqdan sonra onun misilsiz qəhrəmanlığını təkcə Azərbaycan yox, bütün dünya eşitdi. Mehdinin şücaətləri bir ailəyə, bir obaya, keçmiş sovet respublikalarına yox, onun sərhədlərindən çox-çox uzaqlara yayıldı, xalqımıza başucalığı gətirdi...

Mixaylo 1942-ci ilin avqustunda Rusiyanın Kalaç şəhəri ətrafındakı qanlı döyüşlərdə ağır yaralanaraq almanlara əsir düşür. Həmin dövrdə sovet hərbi əsirləri gizli antifaşist təşkilatı yaratmışdılar, onların İtaliya Yuqoslaviya partizanları ilə əlaqəsi vardı. Mehdi Hüseynzadə bu təşkilatın üzvlərindən idi. O, 1943-cü ildə alman komandanlığının qərargahındanHarribaldçılarpartizan dəstəsinə qəfil hücum planını əldə etməyə müvəffəq olur. Antifaşistlər bu haqda onlara məlumat çatdırır partizanlara hücum edən polk Tolmin-Kobarid ətrafında böyük itkilərlə geri çəkilmək məcburiyyətində qalır.

 

Mixaylo şəhərdədir...”

 

1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçaraq Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşulur. Burada azərbaycanlılardan ibarət bölüyün komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə olur. Bu zamandan başlayaraq o, ərazidəki partizan hərəkatınınMixayloləqəbli fəal iştirakçısına çevrilir.

Sloveniya partizanı, hərbi tarixçi Stanko PatelinQradnıkovun briqadasımonoqrafiyasında Mehdi Hüseynzadəyə xüsusi başlıq həsr edib. Tarixçi hesab edir ki, Mixaylo rəqibin rəhbər kadrını daha çox məhv etmişdi, nəinki öz mövcudluğu ərzində bütün 9-cu korpus. Müəllif onu 9-cu korpusdakı ən yaxşı diversantlardan biri adlandırır. Partizan Məhər Məmmədov isə öz xatirələrində yazır: “Almanlar, yerli əhali əsirlər o zaman bizə o qədər yaxşı tanış olmayan Mixaylo adını tez-tez çəkirdilər. Amma tezliklə hər şey aydınlaşdı. Biz Mixaylo ilə əl-ələ faşistlərlə mübarizə aparmaq şərəfinə nail olduq...”.

Mixaylonun partizan kimi uğurlu əməliyyatları isə davam edirdi. Hərbi-strateji obyektlərdə, həbsxana, kinoteatr, restoran s. məkanlarda faşistləri vahiməyə salan böyük dağıntılar törədilir, düşmənin hərbi qulluqçuları məhv edilirdi. Döyüş yoldaşı C.Həkimlinin xatirələrində deyilir: “Mehdi elə qorxu yaratmışdı ki, almanlar şəhərə tək çıxmaqdan qorxurdular onlara elə gəlirdi ki, Mixaylo nəhəng bir dəstənin adıdır ona pəhləvan rəhbərlik edir”.

Yuqoslaviyada tapılan sənədlərin birində yazılırdı: “Hesab etmək olar ki, onun fəaliyyəti zamanı minə yaxın alman öldürülmüşdü bunların əksəriyyəti zabitlər idi. Faşistlər necə olursa olsun, onun başını əldə etmək istəyirdilər”. Hətta faşistlər onun başına böyük məbləğdə mükafat da qoymuşdular. Amma o, yüksək peşəkarlığa malik kəşfiyyatçı idi asanlıqla ələ keçirilə bilməzdi. Alman dilini mükəmməl bilməsi ona müxtəlif strateji məkanlarda rahat manevr imkanları yaradırdı.

Mixaylonun hərbi kəşfiyyatçı kimi uğur qazanmasında rəssamlıq qabiliyyəti müəyyən rol oynamışdı. Yeri gəlmişkən onu da qeyd edək ki, M.Hüseynzadənin rəsm əsərləri hazırda Abşeron Rayon Tarix-Diyarşünaslıq Muzeyi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Mənbələrdə bildirilir ki, Mixaylo partizan yoldaşlarının həyatını təhlükə qarşısında qoymamaq kəşfiyyat üçün xüsusi riskli əməliyyatlara təkbaşına gedər, bütün tapşırıqları nümunəvi yerinə yetirərmiş.

Mehdi Hüseynzadə həyatının ən çətin məqamlarında belə ana yurdunu yaddan çıxarmır, Vətənin gözəlliklərini istiqanlılıqla vəsf edirdi. Adriatik dənizinin sahillərində ürəyi vətənlə döyünən qəhrəman döyüşçü yazırdı:

Kaş ki, mən bir sarı yarpaq olaydım,

Sabahın yelləri alaydı məni.

Aşaraq o qarlı, uca dağları,

Vətən torpağına salaydı məni...

...1944-cü ilin 16 noyabr günündə Mehdi Hüseynzadə növbəti döyüş tapşırığını yerinə yetirmək üçün yola düşür. O, almanların sursat anbarını partlatmalı idi. Bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirən Mehdi korpusun qərargahına qayıdarkən faşist pusqusuna rast gəlir. Qəhrəman bütün güllələri qurtarana qədər döyüşür. Lakin o, düşmənin əlinə sağ keçə bilməzdi. Ona görə son gülləsini öz ürəyinə sıxaraq əbədiyyətə qovuşur.

Partizan yoldaşları qəhrəman döyüşçünü böyük ehtiramla dəfn edirlər. Sloveniyanın Çepovani kəndində Mehdi Hüseynzadənin məzar daşına bu sözlər həkk olunur: “Rahat yat, Azərbaycan xalqının qəhrəmanı, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır”.

 

Bütün nəsillərə örnək

 

Mehdi Hüseynzadənin əfsanəvi qəhrəmanlığı haqqında ölkəmizdə xaricdə çoxsaylı kitab məqalələr, bədii əsərlər qələmə yazılıb. Sloveniyalı tanınmış yazıçı Peter AmalettininMixaylonun təkbaşına qisasıadlı povesti bu mənada diqqətəlayiq əsərlərdən biridir.

Azərbaycanda məşhur partizanın döyüş yolunun şəxsiyyətinin dolğunluğu ilə əhatə olunduğu, “Mixayloobrazının vizual şəkildə yaddaşlara köçürüldüyüUzaq sahillərdəfilminin (1958) müstəsna yeri var. Görkəmli yazıçılar İmran Qasımov Həsən Seyidbəylinin birgə qələmə aldığı eyniadlı povest əsasında çəkilən bədii film (rejissor Tofiq Tağızadə) həm Azərbaycanın kino salnaməsinin parlaq səhifəsini təşkil edir. Mixaylo obrazını yüksək sənətkarlıqlaonun qəhrəmanlığına layiq şəkildə yaradan Xalq artisti Nodar Şaşıqoğlu kinosevərlərin yaddaşında daha çox məhz bu obrazla əbədiləşib.

Mehdi Hüseynzadənin qəhrəmanlıqla dolu ömür yolu müharibə şəraitində olan Vətənimizin gənc oğul qızları üçün həqiqi örnəkdir. 

 

Aynurə ƏLİYEVA

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.6.