Bakı Caz Festivalı
sona yaxınlaşır
Bakı Caz Festivalının oktyabrın 14-dən davam edən və caz musiqisi həvəskarlarına
unudulmaz zövq bəxş edən konsert proqramları sona yaxınlaşır.
Oktyabrın 23-də “Rotunda Jazz Club”da Türkiyədən gəlmiş
duet – Can Cankaya (piano) və
Kağan Yıldız
(kontrabas), habelə Macarıstanın “Kodaly Spicy Jazz” kvarteti çıxış
edib.
Ertəsi gün eyni məkanda
Belçikanın Martin Salemi
triosunun konserti olub. Pianoçu M.Saleminin 2017-ci ildə
yaratdığı trionun
tərkibinə Fil Kaporali (kontrabas) və Toyne Snokart
(zərb alətləri)
daxildir.
Oktyabrın 25-də burada sənətsevərlər
Norveçin “Helge Lien
trio”sunun ifasını
dinləyiblər.
Bakı Caz Festivalı oktyabrın 28-də başa
çatacaq.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.1.