“Bakı dünyanın humanitar
paytaxtıdır”
Forum
iştirakçılarının dilindən
Altıncı dəfə təşkil edilən Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir. Forumda müzakirə edilən mövzular dövrümüzün aktual problemlərini əhatə edir.
Bu sözləri jurnalistlərə açıqlamasında İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren deyib.
O, bildirib ki, aktual problemlərin həlli, dünyada yaşanan humanitar böhranların aradan qaldırılması istiqamətində yolların araşdırılması üçün belə platformaların təşkili olduqca mühüm əhəmiyyət kəsb edir. Bu cür beynəlxalq miqyaslı tədbirlər ölkələr və xalqlar arasında əlaqələri daha da möhkəmləndirir.
* * *
VI Bakı Beynəlxalq Humanitar Forumu yüksək səviyyədə təşkil olunub. Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitq çox maraqlı idi. Xüsusilə Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə maraqlı məlumatlar əldə etdik. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri Fransanın tanınmış heykəltəraşı və rəssamı, UNESCO-nun xoşməramlı səfiri xanım Hedva Ser bildirib. O, qeyd edib ki, müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirən Forumda dünyaya önəmli sülh və dostluq mesajları verilir.
* * *
Bakı Beynəlxalq Humanitar Forumu çox böyük bir hadisəyə çevrilib. Bu gün haqlı olaraq deyə bilərik ki, Bakı dünyanın humanitar paytaxtıdır.
Bu isə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın fikridir. O qeyd edib ki,
Prezident İlham Əliyevin
2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi təsadüfi deyildi.
Heç də bütün
ölkələrdə bu sahədə uğur qazanmaq mümkün olmur. Azərbaycanda
tarixən tolerantlıq ab-havası hökm
sürüb. Azərbaycan dünya
mədəniyyətinin ən yaxşı nümunələri
üçün daim
açıq olub. Multikulturalizm
Azərbaycanda həyat tərzidir. Bakı Beynəlxalq Humanitar Forumunun bu mənada böyük gələcəyi
var.
Mədəniyyət.- 2018.- 26
oktyabr.- S.3.