Forum iştirakçıları “Nəsimiyə ithaf” tamaşasına baxıblar

 

VI Bakı Beynəlxalq Humanitar Forumunun mədəni proqramı çərçivəsində oktyabrın 25-də Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti, UNESCO-nunSülh artisti” Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” əsəri əsasında musiqili tamaşa nümayiş olundu.

Səhnə əsərinin nümayişindən əvvəl aparıcı Fuad Axundov tamaşaçılara Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verdi, tamaşanın keçirildiyi məkan və Azərbaycan teatrının yaranma tarixi haqqında qısa məlumatı diqqətə çatdırdı. Bildirdi Firəngiz Əlizadənin dünya səhnələrində səslənən əsərləri hər zaman maraqla qarşılanır.

Klassikmilli Azərbaycan alətlərinin səsləndirilməsi ilə təqdim olunan musiqili tamaşada muğam ustasının ifasında Nəsiminin səsi onun ən məşhur şeirləri vasitəsilə insana, onun qüdrətinə və gözəlliyinə olan sevgisini nümayiş etdirir. Nəsimi obrazı səhnəyə çıxır, bir-birinə qarşı duran qaranlıq qüvvələrlə əhatə olunur. Bu qüvvələrin arasında qeyri-bərabər döyüş baş verir və nəticədə şairin faciəvi şəkildə edamı ilə başa çatır. Bütün bu rəngarəng obrazlarduyğular səhnədə musiqi və rəqs dili ilə təcəssüm olunur.

Xoreoqrafı Nailə Məmmədzadə olan tamaşada Nəsimi obrazını OperaBalet Teatrının aparıcı solisti Anar Mikayılov canlandırıb. Tamaşada Xalq artisti Teyyub Aslanov xanəndə kimi çıxış edir.

Səhnə əsəri maraqla qarşılandı. “Nəsimiyə ithaf” tamaşası ilk dəfə ötən ilin mayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinə həsr olunan tədbirdə nümayiş etdirilib.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.2.