Multikulturalizm cəmiyyətdə sabitliyin təminatıdır

 

 

 

Oktyabrın 25-də VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən növbəti işçi sessiyaMultikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimimövzusuna həsr olunmuşdu.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun moderatorluğu ilə keçirilən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allaşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı,  Hindistanın “Art of LivingFondunun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar, Monteneqro Respublikasının mədəniyyət naziri Aleksandr BoqdanoviçUNESCO-nun xoşməramlı səfiri, təşkilatın sülh üzrə rəssamı, Fransanın mədəniyyət diplomatiyasının xüsusi nümayəndəsi Hedva Ser mövzu ilə bağlı müzakirələr apardılar.

Akademik Kamal Abdulla çıxışında bildirdi ki, Azərbaycanın multikulturalizm modeli dünyada qəbul edilir və öyrənilir: “Multukulturalizm tariximizin ən qədim dövr səhifələrində yer alır. Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanda yaşayan xalqların gücü Azərbaycanın gücüdür. Bu gün Azərbaycan multikulturalizmi dünyanın bir sıra aparıcı universitetlərində tədris olunur. Xarici universitetlərdə Azərbaycan multikulturalizmini öyrənən tələbələr ildə iki dəfə ölkəmizə səfərlər edir, öyrəndiklərini gəlib burda görürlər”.

K.Abdulla qeyd etdi ki, Azərbaycanda keçirilən tədbirlər multikulturalizmin nikbin qütbündə duran insanları öz sırasında birləşdirir: “Biz multikulturalizmin bu gününə və sabahına inanırıq. Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar multikulturalizmin dönməz yolunu müəyyən edib. Azərbaycan xalqının canında-qanında olan başqa xalqlara xoş münasibət həmişə özünü göstərib . Əsrlərdən bəri ölkəmizdə müxtəlif xalqların nümayəndələri qardaş kimi yaşayırlar”.

Şeyxülislam Allahşükür Paşazadə dedi ki, Azərbaycan müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu günlayiqli şəkildə davam etdirir. Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlər boyu dinc yanaşı, bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər: “Millidini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnikdini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğuladı ki, Azərbaycanda tarixən ayrı-ayrı mədəniyyətlərin, dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailənin üzvü kimi yaşayıb. Müxtəlif mədəniyyətlərə və dinlərə məxsus etnosların tarix boyu bu torpaqlarda əmin-amanlıq şəraitində yaşamasında xalqımıza xas olan humanizm və xoşniyyətlilik kimi ali dəyərlər, eyni zamanda, İslam dəyərləri müstəsna rola malikdir. Ölkəmizin coğrafi mövqeyi, əhalisinin etnik tərkibi qədim dövrdən burada fərqli dinlərin mövcudluğuna şərait yaradıb. Əgər sovetlər birliyi dağılan dövrdə ölkəmizdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2200-dən çoxdur. Eyni zamanda ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Vətəndaşların böyük əksəriyyəti müsəlman olan ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. Dövlət qeydiyyatından keçmiş 861 dini icmadan 830-u İslam, 31-i qeyri təmayüllüdür. Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dövlət tərəfindən İslam dini icmaları ilə yanaşı, başqa qurumlara da mütəmadi olaraq maliyyə yardımı ayrılır.

Bakı Dövlət Universitetinin professoru Kamilə Əliyeva çıxışında diqqətə çatdırdı ki,  multikulturalizm çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi istifadə edilirsə, sözün dar mənasında, o, cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti əks etdirir. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir.

Hindistanın “Art of Living” Fondunun mənəvi rəhbəri Sri-Sri Ravi Şankar, Monteneqro Respublikasının mədəniyyət naziri Aleksandr Boqdanoviç UNESCO-nun xoşməramlı səfiri, təşkilatın sülh üzrə rəssamı, Fransanın mədəniyyət diplomatiyasının xüsusi nümayəndəsi Hedva Ser başqaları mövzu ətrafında çıxış etdilər.

 

FARİZ

 

Mədəniyyət.- 2018.- 26 oktyabr.- S.2.