Mədəniyyət işçilərinin
seminar-müşavirəsi
Sabirabad rayon Mədəniyyət mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov mədəniyyət müəssisələri qarşısında duran vəzifələr barədə danışıb, tapşırıq və tövsiyələr verib. Regional idarənin məsləhətçisi T.Əzimov ötən aylar ərzində görülmüş işlər barədə məlumat verib, müzakirələr aparılıb.
Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman
Nazirliyi, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası tərəfindən keçirilən
Azərbaycan xalq idman
oyunları spartakiadasında fərqlənən Həşimxanlı
kənd Mədəniyyət evinin “Cəngavər
pəhləvanlar” qrupunun üzvlərinə
diplomlar təqdim edilib.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.4.