Uşaq kitab karvanı” səfərini başa vurub

 

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyiUşaq kitab karvanı” layihəsinin növbəti mərhələsi 28 oktyabrda respublikamızın şimal-qərb bölgəsində başa çatıb.

Qax, Zaqatala və Balakən rayonlarında keçirilən tədbirdə uşaqlar tanınmış yazarlar Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Solmaz AmanovaReyhan Yusifqızı ilə görüşüblər. Səyyar kitab sərgiləri zamanı balaca oxucuların ifasında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr edilmiş bədii kompozisiyalar da maraqla qarşılanıb.

Qeyd edək ki, “Uşaq kitab karvanı”nın keçdiyi rayon-şəhər MKS-lərin uşaq şöbələrinin hər birinə müxtəlif nəşriyyatların son illərdə çap etdiyi 500-ə yaxın kitab, metodik vəsait, “Göyqurşağı” və “Qaranquşuşaq jurnalları hədiyyə edilib. 2011-ci ildən həyata keçirilən layihənin əsas məqsədi uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını ödəmək, həmçinin bölgələrdə ictimaiyyətin diqqətini kitabkitabxanaya yönəltməkdir. Ötən müddətdə layihə çərçivəsində 33 rayondakı uşaq kitabxanalarına 26 mindən çox kitab hədiyyə edilib.

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.4.