Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru

 

 

 

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və “Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğrumövzusunda dəyirmi masa keçirilib.

Tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatorluq edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ölkə başçısının tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.

Dəyirmi masa çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı keçirilib. Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft Sənaye Universiteti Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr onların təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqənin yaradılması, maraqlı şəxslər təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunmasıdır.

Tədbir “Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu”, “Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində”, “İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi” mövzularında panellərlə davam edib.

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.5.