Əlyazmalar İnstitutu
Türkiyənin Süleymaniyyə Kitabxanası ilə əməkdaşlıq
edəcək
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli və Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Türkiyədə elmi ezamiyyətdə olublar.
Azərbaycanlı alimlər akademiyada həyata keçirilən “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyənin Süleymaniyyə Kitabxanasında saxlanılan zəngin əlyazmalarla tanış olublar.
Kitabxananın müdiri Menderes Velioğlu qonaqlara bu qurumun tarixi, burada görülən işlər barədə məlumat verib.
AMEA-nın Əlyazmalar İnstitutu
ilə Süleymaniyyə Kitabxanası arasında türkdilli əlyazmaların elektron
versiyalarının mübadiləsinin aparılması məqsədilə
əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.6.