Söz” layihəsinin növbəti tədbiri Nəsimiyə ithaf olunub

 

 

Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir Müasir İncəsənət Muzeyində reallaşıb. Tədbir sentyabr ayında ölkəmizdə ilk dəfə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına həsr olunub.

Layihənin rəhbəri Nigar Həsənzadə çıxış edərək festivalın əhəmiyyətindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi, şair və yazıçı Sayman Aruz klassik şeir janrının gənclər arasında yayılmasından, Nəsimi irsinin onların yaradıcılığına təsirindən söz açıblar.

AYB-nin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı Nəsimi yaradıcılığı və “Söz” layihəsinin yaradıcı gənc nəslin mənəvi tərbiyəsinə təsir imkanlarından bəhs edib, layihənin əruz ədəbiyyatının təbliğində vacib rolunu vurğulayıb.

Tədbir gənc şairlərin şeirlərinin səsləndirilməsi ilə davam edib. Sonda Nəsimiyə həsr olunmuş müsabiqənin laureatlarına diplom və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.6.