Azərbaycanlı dirijor Polşa teatrında

 

 

 

Polşanın ən böyük və qədim opera teatrlarından olanVroslav OperaBalet Teatrında klassik balet şedevrlərindən olan Adolf Adanın “Jizel” əsərinin yeni quruluşda premyerası olub.

Tamaşanın musiqi rəhbəri Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Dövlət Akademik OperaBalet Teatrının dirijoru Əyyub Quliyevdir.

Balet dünya şöhrətli xoreoqraflar Jean CoralliJules Perrotun (Fransa) quruluşunda səhnələşdirilib. Onun yeni versiyası Varşava Milli Opera Teatrının baletmeysterləri Eva GlovackaZofia Rudnicka tərəfindən bərpa olunaraq Vroslavda yenidən tamaşaçıların ixtiyarına verilib.

Tamaşadan sonra Vroslav OperaBalet Teatrının direktoru Marçin Naleç-Niselovski dirijor Əyyub Quliyevə və digər iştirakçılara təşəkkür edib. Əyyub Quliyev teatrın rəhbərliyi tərəfindən yenidən sənət ocağında səhnə əsərlərinə dirijorluq etmək üçün dəvət alıb.

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.7.