Rəqs dili ilə
sevgi hekayəsi
İspaniyanın milli rəqs
teatrı Bakı səhnəsində
Noyabrın 3-də Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının səhnəsində İspaniyanın
“Flamenco Live” milli rəqs
teatrı “Romeo və Cülyetta” şou-proqramı
ilə çıxış
edəcək.
Teatrdan bildirilib
ki, U.Şekspirin məşhur əsəri yeni versiyada ispan rəqs dili ilə təqdim
olunur. “Flamenco Live” art layihəsində beynəlxalq
səviyyəli peşəkar
aktyorlar canlı ispan flamenkosu ilə tamaşaçıları
riqqətə gətirəcək.
Teatr bütün ömrünü
“pour flamenco” – orijinal flamenkoya
həsr edən ən yaxşı rəqqasları, gitaraçı,
vokalçı və
zərb aləti ifaçılarını öz
heyətinə toplayıb.
Kollektivin üzvləri bir
çox beynəlxalq müsabiqələrin laureatıdır.
Rəqs dili ilə sevgi
hekayəsi, ispan flamenkosunun sehrli dünyası, əllərin
sehrli hərəkəti,
yelpiyin ehtiraslı çırpınması tamaşaçıları
isti Əndəlüs
sahillərinə aparacaq.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.7.