Ukrayna Prezidentinin xanımı mətbəx nümunələrimizlə tanış olub

 

 

Kiyevdə “Outlook World Culture Festival” adlı dünya xalqlarının mədəniyyət festivalı keçirilib. Beşinci dəfə təşkil olunan festivalda 30-dan çox ölkə iştirak edib. Ölkəmizin Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti, milli mətbəximiz təqdim olunub.

Açılış mərasiminə qatılan Ukrayna Prezidentinin xanımı, Ukrayna Mədəniyyət Fondunun rəhbəri Marina Poroşenko festivalda iştirak edən ölkələrin stendlərinə baş çəkib, o cümlədən Azərbaycan stendi ilə maraqla tanış olub. Burada milli mətbəx nümunələrindən plov, dolma, paxlava, şəkərbura, ölkəmizin simvoluna çevrilən nar, şərablar, “Şuşa”, “Azərbaycanbrendi ilə təqdim edilən konyaklar nümayiş olunub.

Mərasimdə çıxış edən M.Poroşenko festivalda Qərb Şərq ölkələri arasında mədəniyyət dialoqunun şahidi olduğunu vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq yeni era üçün daha böyük əhəmiyyət daşıyır.

Tədbirdə Kiyev sakinləri, qonaqlar xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxindən nümunələr, o cümlədən paxlava, şəkərbura, plov, dolma paylanılıb. Ukraynanın bəzi telekanalları Azərbaycan stendi haqqında reportaj yayımlayıb.

 

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.8.