BalacaMalatyaya gedir

 

 

Rəqs”in isə çəkilişləri başlayıb

 

Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmişBalacaqısametrajlı bədii filmi 9-15 noyabr tarixində Türkiyənin Malatya şəhərində keçiriləcək 8-ci Beynəlxalq film festivalının müsabiqə bölməsində nümayiş olunacaq.

Kinostudiyadan bildirilib ki, filmin ssenari müəllifi Ruslan Ağazadə, rejissorları Ruslan Ağazadə Orxan Ağazadə, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur. Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev başqaları canlandırıblar.

Gənc Sinemaçılar Klubu “Rəqs” qısametrajlı bədii filminin çəkilişlərinə də başlayıb. Filmin ssenari müəllifləri Nicat DadaşovElçin Muradov, quruluşçu rejissoru Ceyhun Türksoy, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Zemfira Novruzovadır. Baş rolları Ayşad Məmmədov və İlqarə Tosova canlandırır.

 

Mədəniyyət.- 2018.- 31 oktyabr.- S.8.