Azərbaycanlı rəssamın əsərləri
Batumidə sərgilənib
Batuminin İncəsənət Muzeyində
“Paris-Batumi” adlı tədbir
keçirilib. Tədbir çərçivəsində
Azərbaycan rəssamlıq
sənətinin tanınmış
nümayəndəsi Əsmər
Nərimanbəyovanın sərgisi
açılıb.
Sərgidə rəssamın müxtəlif
janrlarda çəkdiyi
əsərlər nümayiş
edilib.
Sərgidə yerli rəssamlar
Nino Nijaradze, Ketevan Vaçeşşvili, İrina
Toroncadze, Maya Çxoniya
və Diana Talakvadzenin
də işləri yer alıb.
Azərbaycanlı fırça ustasının
əsərləri sərgidə
maraqla qarşılanıb.
Qeyd edək ki,
dünya şöhrətli rəssam Toğrul Nərimanbəyovun qızı olan Əsmər Nərimanbəyova Tbilisi Dövlət Rəssamlıq
Akademiyasının məzunudur.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.8.