Qazaxıstan telekanalında təkəlduzdan
söz açılıb
Qazaxıstanın “24.kz” televiziya kanalında Azərbaycanın qədim xalq sənəti təkəlduz haqda süjet təqdim edilib.
Telekanalın müxbiri dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmənin Azərbaycanda çox qədim tarixi olduğu haqda danışaraq bildirib ki, sənətkarlar diyarı kimi məşhur olan qədim Şəki həm də təkəlduz sənətinin vətəni hesab olunur. Qeyd edilib ki, bu sənətlə məşğul olanlar arasında Anna Alxazova Qazaxıstanda doğulub böyüsə də, Şəkiyə gəlin köçüb. Uşaqlıqdan tikiş işlərinə maraq göstərən Anna qayınanasından təkəlduz sənətini həvəslə öyrənib.
Süjetdə Nizami
Gəncəvinin əsərlərinə çəkilmiş rəsmlərin,
buta, nar
naxışlarından istifadə etdiyini
deyən Anna Alxazova Azərbaycanda
və ölkənin hüdudlarından kənarda keçirilən
sərgilərdə dəfələrlə diplomlarla
mükafatlandırıldığını bildirib. O, gələcəkdə
Qazaxıstanda öz sərgisini
keçirmək istəyini və bunun üçün yeni
işlərin kolleksiyasını
hazırladığını söyləyib.
Mədəniyyət.- 2018.- 31
oktyabr.- S.8.