Firəngiz Əlizadənin əsəri Nyu-Yorkda musiqi festivalında səslənib

 

 

Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyi – “MoMA” 1971-ci ildən etibarən ənənəviSummergardenmusiqi festivalını keçirir. Muzeyin heykəllərlə bəzədilən bağında, açıq havada klassik caz konsertləri təşkil olunur. Nyu-Yorkda yeni musiqişüarı altında keçirilən hər konsertdə müasir musiqi janrında premyeralar təqdim olunur.

Bir məqamı da qeyd edək ki, Coel Saksın rəhbərlik etdiyi dünyaca məşhur musiqi məktəbi olan “Julliard-School”un ən istedadlı məzunları müxtəlif ansambllara cəlb olunurlar. “Julliard”ın məzunlarından olan, bir sıra beynəlxalq müsabiqələrin laureatları Sumire Hirotsuru, Bunqçan Li (skripkalar), Yoselin Pan (alt),  İzabel Kvondan (violonçel) “Ansoniyakvarteti yaradıblar. Kvartet əsasən müasir musiqinin nümayəndələrinin böyük dinləyici sevgisini qazanmış əsərlərini öz repertuarlarına daxil edir.

Budəfəki festivaldaAnsoniyakvarteti görkəmli Azərbaycan bəstəkarı Firəngiz ƏlizadəninOazissimli kvartetini ifa edib. Əsər  dinləyicilərin böyük rəğbətini qazanaraq sürəkli alqışlarla müşayiət olunub. Ansoniyakvarteti hazırdaOaziskvartetinin daxil edildiyi repertuarla ABŞ-ın müxtəlif şəhərlərində konsertlərlə çıxış edir.

Məlumat üçün bildirək ki, bəstəkarın 1998-ci ildə bəstələdiyi ilk dəfə Qlazqo şəhərində səsləndirilmişOazisəsəri San-FransiskonunKronoskvartetinin (ABŞ) sifarişi ilə yazılıb dünyanın müxtəlif mötəbər salonlarında uğurla ifa olunub.

Budəfəki konsertdə həmçinin amerikalı bəstəkar Con Vulrixin, çinli Ley Lyanın,  Venesuela bəstəkarı Pol Desenin əsərləri festival iştirakçılarına təqdim olunub.

Festivalın bukletində Azərbaycanın Xalq artisti Firəngiz Əlizadənin həyat yaradıcılığı, o cümlədənOazisəsəri haqqında məlumat verilib. Həmçinin «New-York-MoMA» qəzetində F.ƏlizadəninOazissimli kvarteti barədə məqalə dərc edilib.

“Firəngiz  Əlizadə kimi görkəmli bəstəkarın yaradıcılığı Hillari Hahn, Yo-Yo Ma kimi meqa-ulduzlar, “Berliner Philharmoniker” və “Royal Concertgebouw Orkestrkimi dünyanın məşhur musiqi kollektivlərinin repertuarlarında əksini tapıb. Azərbaycan bəstəkarının musiqisinə - Şərq və Qərbin sintezini təcəssüm etdirən parlaqqeyri-adi musiqilər dünyasına müraciət edən gənc musiqiçilər  ildən-ilə çoxalır”, - deyə qəzetin müxbiri Alisa Kravits məqalədə qeyd edib.

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.7.