Gürcüstanda “One Caucasus-2018” festivalı keçirilib

 

 

 

Gürcüstanda Cənubi Qafqaz ölkələri, eləcə İran, ABŞ, Polşa Seneqaldan olan musiqiçilərin iştirakı ilə “One Caucasus-2018” V beynəlxalq musiqi festivalı keçirilib.

Festival azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Poladauri kəndi ərazisində təşkil edilib.

Keçən il isə festival Marneuli rayonunun Tserakvi kəndində keçirilmişdi.

Festivalın təşkilat komitəsinin sədri Vitek Hebanovski bildirib ki, tədbirin əsas məqsədi Cənubi Qafqazda yaşayan gəncləri ruhlandırmaq, dinc, sabit təhlükəsiz bölgə yaratmaqdır. Musiqi ilə sülh vəhdət təşkil edir. Bu yolla biz Cənubi Qafqazda sülhə nail ola bilərik”, - deyə o vurğulayıb.

Azərbaycanı bu festivaldaDiHajelektron musiqi qrupunun “H3Collectiv” qrupunun müşayiəti ilə “Eurovision-2017” mahnı müsabiqəsinin iştirakçısı Diana Hacıyeva təmsil edib. Təmsilçimizin çıxışı maraqla və alqışlarla qarşılanıb.

Festival çərçivəsində xalq yaradıcılığı sənəti nümunələrinin yarmarkası, mövzu üzrə seminarlar təşkil olunub.

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.8.