“ƏSA” inklüziv teatrı iki yaşını qeyd edir

 

 

 

Ölkəmizdə ilk inklüziv teatr olan “ƏSA” teatrının yaranmasından iki il ötür.

“ƏSA” sentyabrın 3-də Bakıda aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılıb. Hazırda bir neçə ölkədə bu cür kollektivlər olsa da, onlar əsasən dərnək şəklində fəaliyyət göstərir.

Teatrın baş meneceri Nicat Qulam bildirib ki, “ƏSA” peşəkar teatr tamaşaları hazırlayıb böyük səhnələrdə təqdim edən ilk inklüziv teatrdır: “Kollektiv dünya və Azərbaycan ədəbiyyatının şedevr əsərlərini səhnələşdirib. Teatrımız gənc olmasına baxmayaraq, U.Şekspirin, C.Steynbekin, M.F.Axundzadənin əsərlərindən ibarət beş tamaşabir performans təqdim edib. Həmçinin ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyubuğurla davam etdirir. Teatr yerlixarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edir”. Hazırda “ƏSA”-nın kollektivi yeni tamaşa üzərində çalışır.

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.10.