“Biblioemalatxana”nın növbəti “təmir günü

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi kitabxanasında kiçikyaşlı oxucuların asudə vaxtının səmərəli təşkili, onlara kitabları sevdirmək və qorumaq məqsədilə “Biblioemalatxana” adlı yeni layihə həyata keçirilir.

“Biblioemalatxana”nın növbəti “təmir günü”ndə kitabxananın əməkdaşları Sevil Namazova, Zülfiyyə Abdullayeva və Aynurə Əbdülrəhmanovanın köməkliyi ilə kiçikyaşlı oxucular kitabların qopmuş vərəqlərini yapışdırıb, onları bərpa ediblər.

Uşaqlarİnal, Mələk, Kənan, Ömər, Elturan bu işdən böyük zövq alıblar.

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.11.