Nikita Mixalkov Vaqif Mustafayevi yubileyi münasibətilə təbrik edib
“Bu, ümumilikdə, Azərbaycan kino sənəti işçilərinin əməyinə verilən qiymətdir”
Mədəniyyət sahəsində qurulan və genişləndirilən əməkdaşlıq əlaqələri xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu sözləri tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev Azərbaycan Respublikası Prezidentinin sentyabrın 1-də gerçəkləşən Rusiya Federasiyasına rəsmi səfərinin əhəmiyyətindən bəhs edərkən deyib.
Kinorejissor bildirib ki, iki ölkə başçısının Soçi görüşündə humanitar sahədə əlaqələrin genişləndirilməsi də müzakirə mövzularından biri olub. Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox qayğı ilə yanaşılır.
Xalq artisti bu günlərdə Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovun yubileyi münasibətilə ona ünvanlandığı məktubu xatırladaraq məktubda yer alan xoş sözlərin təkcə onun deyil, ümumilikdə Azərbaycan kino sənəti işçilərinin əməyinə verilən qiymət olduğunu deyib. Bu isə ölkələrimiz arasındakı dostluq əlaqələrinin bir nümunəsidir.
Nikita Mixalkovun
Vaqif Mustafayevə
ünvanlandığı məktubda onun hələ
Moskvada Ali Ssenaristlər
və Rejissorlar Kurslarının müdavimi olarkən özünəməxsus kinematoqrafik dəst-xətti və həyata orijinal ironik
baxışı ilə seçildiyini
xatırladıb. “... Sonra film
ardınca film, uğur
ardınca uğur... Beləcə,
sənədli, komik və ciddi
kino əsərlərinizin dünya
ekranlarına zəfər yürüşü
başlandı. Hər biri istedadlı
müəllifin yüksək ustalığı ilə
seçilən “Yaramaz”, “Hər şey yaxşılığa doğru”,
“Milli bomba”, “Bir həsədin tarixi”
filmləri keçmiş SSRİ-də, Rusiya Federasiyasında, yaxın və uzaq xarici ölkələrdə
keçirilən kinofestivallarda mükafatlara layiq görüldü”, -
deyə məktubda vurğulanır.
Mədəniyyət.- 2018.- 5
sentyabr.- S.11.