Mədəniyyət işçilərinin
seminar-müşavirəsi
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən regional idarənin məsləhətçisi Validə Nabatova ötən aylar ərzində görülmüş işlərdən, səmərəli fəaliyyətin təşkili istiqamətində qarşıda duran vəzifələrdən söz açıb.
Bundan başqa, qarşıdan gələn 15 sentyabr – Bilik Günü, 18 sentyabr – Milli Musiqi Günü kimi əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində regional idarənin rəisi İlyas Hacıyevin adından tapşırıq və tövsiyələr diqqətə çatdırılıb.
Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Havva Mirzəyeva yeni dərs ilinə hazırlıqla bağlı kitabxanaların görməli olduğu işlərdən danışıb.
Çıxışlardan sonra
seminar-müşavirə iştirakçılarını
maraqlandıran fikir və məsələlərə
aydınlıq gətirilib.
Mədəniyyət.- 2018.- 5
sentyabr.- S.12.