“Müharibə miniatürləri”
Qarabağ savaşının həyatımızdakı izlərindən bəhs edir
Tanınmış jurnalist-publisist Ramilə Qurbanlının “Müharibə miniatürləri” adlı yeni kitabı işıq üzü görüb.
Qarabağ savaşından bəhs edən kitabda ilk baxışda ayrı-ayrı görünən, amma daxilən bir-biri ilə bağlı olan həyat hadisələri təsvir olunub.
“Kitabda müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazmışam. O hadisələri təsvir etdim ki, orda bu həqiqətlər öz əksini tapır. Məhz həqiqətlər!”, - deyə müəllif bildirib.
Ramilə Qurbanlı Cəbrayıl rayonunda anadan olub. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili
və Ədəbiyyatı
İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. 1995-ci ildə “Ədəbiyyat
qəzeti”ndə jurnalistika
fəaliyyətinə başlayıb,
müxtəlif qəzet
və saytlarda çalışıb. Hazırda Prezident
yanında Bilik Fondunda aparıcı məsləhətçi vəzifəsində
işləyir. Azərbaycan Jurnalistlər
Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür.
“33 pərdəli dram”, eləcə də Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Əliağa Ağayev, Ələsgər Ələkbərov
haqqında kitabların
müəllifidir.
Mədəniyyət.- 2018.- 5
sentyabr.- S.13.