Kinoya bağlı ömür

 

 

 

Muxtar Dadaşovkino mənən saf, canını sənətə fəda edən istedadlı və professional şəxslərin əlində olmalıdır” deyirdi

Ötən yüzillikdə dərin məzmunlu yaradıcılığı ilə xatirələrdə, yaddaşlarda əbədiləşən neçə-neçə sənətkarımız yaşayıb. Belə sənətkarlardan biri kinorejissor, Xalq artisti Muxtar Dadaşov olub.

Muxtar Baba oğlu Dadaşov 1913-cü il sentyabrın 11-də Bakıda doğulub. Erkən çağlardan tale onun yolunu böyük sənət məbədindən salır. Akademik Dram Teatrının səhnəsində görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” tamaşasında Gündüz rolunu oynayır. Bu, onun həyatında yeni səhifə açır. Qəlbində aktyor olmaq, görkəmli sənət ustaları ilə bir yerdə çalışmaq arzuları baş qaldırır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında işə düzəlir, rejissor assistenti kimi fəaliyyət göstərir, həmçinin epizodik rollar oynayır.

1931-ci ildə Bakı kinostudiyasında operator assistenti vəzifəsinə dəyişilir. Burada işgüzarlığı ilə tanınır, bir çox sənədli bədii filmlərin lentə alınmasında fəal iştirak edir. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Sənətin sirlərini dərindən öyrənir, filmlərin çəkilişində iştirak edir.

1936-cı ildə böyük ümid arzu ilə vətənə dönür. Bakı kinostudiyasında operator işinə qayıdır. Xeyli vaxt sənədli filmlər çəkməklə məşğul olur. Araşdırmalarda göstərilir ki, onun çəkdiyi filmlər həmişə aktual olub. Dövrün ictimai-siyasi hadisələri həmin filmlərin əsas mövzusunu təşkil edib.Sovet Azərbaycanı”, “Ana yurdum Azərbaycan”,  Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə”, “Əbədi qardaşlar s. sənədli ekran əsərlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.

M.Dadaşov kinonu həyatın aynası adlandırır deyirdi ki, bu sənətmənən saf, canını sənətə fəda edən istedadlı professional şəxslərin əlində olmalıdır”. Doğrudan da, o, kinoya qəlbən bağlı olub. 1953-cü ildə lentə aldığıArazın o tayındafilmində qaldırdığı problem bütöv Azərbaycan ideyasından güc alıb. Həmişə bu problem ətrafında düşünüb. Filmlərində kiçik epizod da olsa belə, bu mövzuya toxunub.

1945-ci ildə çəkilənArşın mal alanfilmində o, operator köməkçisi olur. Araşdırmalarda göstərilir ki, Xalq artisti Leyla Bədirbəyli bu filmin çəkilişlərindən söz düşəndə M.Dadaşovun işini xüsusi qeyd edərmiş: “Çəkiliş zamanı rejissor Rza Təhmasib məndən soruşdu: “Nəyə görə istəyirsən ki, planlarını, xüsusilə iri planlarını Muxtar Dadaşov çəksin?” Dedim, düzdür, Əlisəttar Atakişiyev təcrübəli operatordur. Ancaq ondan fərqli olaraq Muxtar Dadaşov aktyorun daxili aləminə nüfuz edir. Bu sözlərim Rza Təhmasibin xoşuna gəldi”.

Onu da qeyd edək ki, Muxtar DadaşovKəndlilər”, “Yeni horizont”, “Vətən oğlu”, “Sualtı qayıq T-9” adlı bədii filmlərin çəkilişlərində operator kimi çalışıb.

M.Dadaşovun quruluşçu rejissor kimi debütüQanun naminəbədii filmi olub. Film yazıçı Süleyman RəhimovunMehmanpovesti əsasında çəkilib. Filmdə əsərdən fərqli olaraq rejissorun fərdi yaradıcılığı maraq doğurur. Bu isə əsərin ideyasına xələl gətirməyib, əksinə, çox uğurlu bir film yaranıb.

Rejissorun digər ekran işi olanBakıda küləklər əsirfilmi müharibə mövzusunda çəkilən dəyərli kinolentlərdəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildəBakı döyüşüradlı sənədli film çəkmişdi. Ancaq istedadlı rejissor fantaziyasını bu filmdə yekunlaşdıra bilmir. 1974-cü ildəBakıda küləklər əsirbədii filmini çəkərək istəyinə nail olur. Filmdə xalqımızın müharibə illərində arxa ön cəbhədə göstərdiyi hünəri, casusların ifşa edilməsi, qəhrəman çekistlərin ayıq-sayıqlığı nəticəsində Bakının neft mədənlərinin partladılmasının qarşısının alınması ustalıqla əks etdirilir.

O həm araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün əvvəlcə zəngin material toplayır. Bir daha alimlərlə məsləhətləşir sonra onları lentə alır.  Nəriman Nərimanovsənədli filminin çəkilişi zamanı da belə olub. N.Nərimanovun Genuya konfransındakı (1922) çıxışını əks etdirən kadrları Moskva arxivlərindən əldə edir. Sonra həmin kadrları  filmdə canlandırır.

Muxtar Dadaşov ömrünün son illərinə qədər böyük həvəslə filmlər çəkir. Çəkilişlərdə həm bir  məsləhətçi kimi iştirak edir. Beləliklə, öz rejissorluq məktəbini yaradır. Onun yaradıcılığı Azərbaycan kinosunun 50 ildən artıq bir dövrünü əhatə edir. Ekran əsərləri bir çox ölkələrdə göstərilib. OnunSəadət yolu iləsənədli filmi Moskvada Ümumittifaq festivalında qızıl medala, “Nəriman Nərimanovfilmi isə Tiflisdə xüsusi mükafata layiq görülüb.

Rejissorun gərgin yaradıcı əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) fəxri adlarına, Dövlət mükafatına (1980) müstəqil AzərbaycanınŞöhrətordeninə layiq görülüb. Görkəmli sənətkar 7 may 1998-ci ildə vəfat edib. Əbədiyyətə qovuşmasından illər  ötsə , bu gün sənətsevərlər tərəfindən hörmət məhəbbətlə yad edilir.

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2018.- 5 sentyabr.- S.15.